Page 283 - alberto moravia_Макет 1
P. 283
Çoçara
irәli gәlmirdi, sadәcә bizdәn utanırdı. Maşına iki yeşik konserv
qutusu qoymuşdular. Zabit utana-utana bildirdi ki, mayor bizә
yaxşı yol arzulayır, gәlib şәxsәn vidalaşa bilmәdiyinә görә
tәәssüflәnir, bu yeşiklәri dә o göndәrib. Maşının әtrafında
xeyli qaçqın toplaşmışdı; yәqin, gecәni küçәdә-bayırda keçirәnlәr
idi, indi bizә hәsәdlә baxırdılar. Bu hәsәdi başa düşmәk çәtin
deyildi: onlardan fәrqli olaraq, biz Fondidәn çıxıb gedirdik,
üstәlik, bizim çoxlu koservimiz vardı. Boynuma alıram –
vicdanım sızlasa da, bu dәqiqәlәrdә xeyli tәkәbbürlü idim.
Onda hәlә bilmirdim ki, bizә qibtә etmәk yox, halımıza acımaq
lazımmış.
Zabit mühәrriki işә saldı vә avtomobil xarabalıqların
arasından keçәrәk, sürәtlә dağlara sarı yol aldı. Birazdan
maşın kәndarası yola döndü vә dәrin, ensiz dәrәdә qıvrıla-
qıvrıla axan dağ çayının kәnarıyla dağa qalxmağa başladı.
Zabit dә, biz dә susurduq. Biz lal-kar adamlar kimi әl-qol
hәrәkәtiylә, işarәlәrlә danışmaqdan bezdiyimiz üçün danışmırdıq,
zabit isә utandığına görә. Nә bilim, bәlkә dә, bizә sürücülük
etmәkdәn xoşu gәlmirdi? Hәm dә biz onunla nәdәn danışa
bilәrdik? Fondidәn çıxıb getdiyimizә görә sevindiyimiz
barәdәmi? Havaların xoş keçmәsi, buludsuz sәma, әtrafımızda
gün işığına qәrq olmuş çәmәnliklәr barәdәmi? Yoxsa doğulub-
böyüdüyüm kәnddәnmi? Şübhәsiz, bütün bunlar onun vecinә
dә deyildi. Qorxurdum, deyә ki, belә şeylәr onu maraqlandırmır;
o, komandirin әmriylә, yalnız bizi müәyyәn yerә aparmaq
üçün yola çıxıb, ona görә dә, yaxşısı budur, susaq vә onun
fikrini yayındırmayaq. Sizә qәribә gәlә bilәr, bütün bunları
fikirlәşә-fikirlәşә, hәm dә onunla söhbәtlәşmәk istәyirdim.
İstәyirdim soruşam ki, o, kimdir, ailәsi harada yaşayır,
müharibәdәn qabaq nә işlә mәşğul olurmuş, sevdiyi qız varmı?
Artıq tәhlükә sovuşmuşdu, indi başqaları haqqında da fikirlәşmәk
olardı. Yavaş-yavaş hәyata qayıdırdım, yaşamaq isә – bәzәn
şıltaqlıq etmәk, bәzәn dә ürәyinin istәyi ilә, yaxud elә-belә,
283