Page 280 - alberto moravia_Макет 1
P. 280
Alberto Moravia
– Hә, ana…
Bu dәqiqәlәrdә o, quzuya oxşayırdı, onu kәsmәyә hazırlaşan
qәssabın әlini yalayan qurbanlıq quzuya. Tәәssüf ki, bu, mәnim
әlim idi, onu qәssabxanaya sürüklәyәn mәn özüm idim. Bu
barәdә bir az sonra danışacağam.
Oturub konserv yedik, günün qalan hissәsini dә bizә ayrılan
otaqda keçirdik. Fondinin küçәlәrindә dolaşmaq, sәfil-sәrgәrdan
gәzәnlәri, әsgәrlәri, hәr addımda müharibәni yada salan
xarabalıqları görmәk bizә ağır gәlirdi. Bundan başqa, ölüm
tәhlükәsi ilә üzlәşmişdik, açıq havada gecәlәmәli olmuşduq
deyә yorulub әldәn düşmüşdük. Arabir gözümüzü açıb bir-
birimizә baxır, yenidәn yuxuya gedirdik. Mәnim çarpayım
çәrçivәsi çıxarılmış pәncәrәnin önündәydi, buludsuz mavi
sәmanı aydın görә bilirdim. Hәr dәfә ayılanda görürdüm ki,
pәncәrәdәn düşәn işıq zolağı bir az da uzağa sürüşüb – günәş
yavaş-yavaş qüruba enirdi. Yenә dә qәribә bir bәxtәvәrlik
hissi qәlbimi sarmışdı, amma bu dәfә top atışlarına görә yox,
çarpayıda uyuyan Rozettaya görә xoşbәxt idim: başımıza
gәlәn bu qәdәr hadisәlәrdәn, yaşadığımız macәralardan sonra
o, hәlә dә sağ-salamat idi. Müharibәnin keşmәkeşlәrindәn
qurtulub, sakit limana gәlib çıxdığıma vә qızımı qoruya
bildiyimә görә sevinirdim. İkimiz dә sağlam idik, ağır fәlakәtә
düçar olmamışdıq, üstәlik, tezliklә Romaya, öz mәnzilimizә
qayıdıb, әvvәlki hәyatımıza davam edәcәkdik. Yox, biz
әvvәlkindәn dә yaxşı yaşayacağıq: yәqin ki, Rozettanın adaxlısı
Yuqoslaviyadan qayıdıb-gәlәcәk, onlar evlәnәcәklәr. Gözlәrimi
yumub, Rozettanın toyunu xәyalımda canlandırırdım; qızım
ağ toy paltarındadır, başına çәlәng qoyub, nişanlısının qoluna
girib; mәn dә onların arxasınca addımlayıram; hamının üzündә
gülüş var, hamı sevinir, qohumlar, dostlar deyib-gülür. Qızımı
vә nişanlısını keşişin qarşısında tәsәvvür edirdim. Keşiş onların
kәbinini kәsib xeyir-dua verir, әrlә arvadın vәzifәlәrini vә
mükәllәfiyyәtini başa salırdı. Bu azmış kimi, daha da irәliyә
gedir, Rozettanı әliuşaqlı tәsәvvür edirdim: hamımız – Rozetta,
280