Page 269 - alberto moravia_Макет 1
P. 269

Çoçara


          atәş açıldığını görәndә sevinmәyә bilmirdim. Belәcә, gah
          hәmin zalı, gah da topları göz önünә gәtirir, Mussolininin vә
          Hitlerin, faşistlәrin vә nasistlәrin çaşqın sifәtlәrinә baxır,
          ardınca amerikalı topçuları tәsәvvürümdә canlandırırdım. Hәr
          dәfә dә sevinir, xoşhal olur, faşistlәrә bundan da betәr müsibәtlәr
          arzulayırdım. Sonralar qurtuluş haqqında çoxlu söhbәtlәr
          eşitdim, amma bu sözün nәyi ifadә etdiyini mәhz hәmin gün
          başa düşmüşdüm. O gün özümü buxovları açılmış adam kimi
          hiss edirdim, elә bil uzun müddәt dustaqxanada qaldıqdan
          sonra gözәl günlәrin birindә qapıları açıb, mәni azadlığa
          buraxmışdılar. Hәtta nasistlәrә atәş açan bu topların sәsi belә,
          qulağıma qurtuluş nidaları kimi gәlirdi.  Almanların içinә
          vәlvәlә salan bu möhtәşәm toplar nasistlәrin lәnәtә gәlmiş
          toplarından dәfәlәrlә güclüydü. İndi qorxudan tir-tir әsmәk
          növbәsi almanlara çatmışdı. İllәr uzunu insanları qәtlә yetirәn,
          qorxu içindә yaşamağa mәcbur edәn, şәhәrlәri dağıdan almanlara
          әcәb olurdu. Ağır top mәrmilәri dünyanın özü boyda böyük
          olan, yalan vә qorxudan tikilmiş hәbsxananı darmadağın edir,
          yer üzündәn silirdi. Artıq hamı rahat nәfәs ala bilәrdi, faşistlәr
          vә nasistlәr dә daxil olmaqla. Axı tezliklә onlar da hamı kimi
          adi adamlara çevrilәcәkdi. Hә, mәhz hәmin gün zillәtdәn
          qurtulduğumuzu hiss etmişdim. Qurtuluş özüylә böyük
          dәyişikliklәr gәtirmişdi, doğrudur, bu dәyişikliklәrin heç dә
          hamısı ürәyimcә deyildi, amma o günü, o topları vә azadlıq
          hissini heç vaxt unutmaram. O gün elә vәcdә gәlmişdim ki,
          әtrafa ölüm saçan topları belә alqışlayırdım. Hәyatımda ilk
          dәfәydi ki, nifrәt hissi ruhumu sarmışdı, belә ki, insanların
          ölümünә dә sevinirdim. Adәtәn, insan bahar gәlәndә, güllәr
          açanda, havalar xoş keçәndә belә sevinir…
             Hәmin gecә mәnә ana laylası kimi şirin gәlәn top sәslәrindәn
          hәzz ala-ala mürgülәyir, hәyatımın әn gözәl anlarını yaşayırdım.
          Hәr dәfә top atılanda yer-göy lәrzәyә gәlir, ev titrәyir, tavandan
          başımıza toz-torpaq әlәnirdi, üstәlik, üstündә uzandığımız


                                                              269
   264   265   266   267   268   269   270   271   272   273   274