Page 266 - alberto moravia_Макет 1
P. 266
Alberto Moravia
istifadә edәn kәndlilәr vә әsgәrlәr küçәlәrә tökülüşmüşdü.
Kәndlilәr Amerika siqareti çәkir, Amerika nabatı yeyir, günәşdәn
vә azadlıqdan hәzz alırdılar. Günәşi vә azadlığı bir-birindәn
ayrı tәsәvvür etmirdilәr – sanki azadlıq olmadan günәş işıq
saçmaz, dünyanı isitmәz, azadlıq isә günәş buludların arxasında
gizlәndiyi vaxtlarda, qış zamanı әldә edilmәzdi. Bir sözlә, hәr
şey o qәdәr tәntәnәli, ehtişamlı görünürdü ki, elә bil tәbiәt
qara qüvvәlәri yenmişdi. Biz arabir ayaq saxlayır, insanlarla
söhbәtlәşirdik. Hamı deyirdi ki, amerikalılar camaata әrzaq
paylayır, tezliklә Fondi bәrpa edilәcәk vә әvvәlkindәn dә
gözәl şәhәr olacaq – bir sözlә, bütün çәtinliklәr arxada qalıb,
artıq heç nәdәn qorxmaq lazım deyil. Amma mәnim çәtinliklәrim
hәlә qurtarmamışdı – Rozetta mәnә rahatlıq vermir, Mikele
haqqında suallarla başımı dәng elәyirdi. Mikelenin dәrdindәn
hamıyla birgә sevinә bilmirdi. Fondidә Mikeleni çoxlarından
soruşmuşdum, amma gördüm deyәn yox idi. Almanlardan
yaxa qurtaran insanlar belә söhbәtlәrdәn yayınır, artıq kәdәrli
şeylәr barәdә fikirlәşmәk istәmirdi; neylәmәk olar, elә mәn
özüm dә Sant-Yeufemiyanı tәrk edәrkәn Filippoyla vidalaşmağa
getmәdim, halbuki o, әn ağır günlәrini yaşayırdı.
– Filippo? Yәqin, yenә qara bazarda iş çevirir, – mәnim
suallarıma belә cavab verirdilәr. Filipponun oğlu haqqında isә
heç kim heç nә bilmirdi. Adını “tәlәbә” qoymuşdular. Belә
başa düşdüm ki, hamı onu avara vә başdanxarab kimi tanıyır.
O gün amerikalıların verdiyi әt konservini yedik. Çörәyi
bir kәndlidәn almışdıq. Hava çox istiydi, özümüz dә çox
yorulmuşduq, odur ki, evә gedib, qapını örtdük vә yerә
sәrdiyimiz otun üstünә uzandıq. Dәhşәtli partlayış sәsindәn
oyanıb gördük ki, artıq şәr qarışıb. Otağın divarları elә bәrk
titrәyirdi ki, elә bil kağızdan düzәldilmişdi. Әvvәlcә bunun
partlayış olduğunu başa düşmәmişdim, amma beş dәqiqә sonra
daha bir gurultu eşidildi, bildim ki, bizdәn vur-tut әlli addım
aralıdakı toplardan atәş açırlar. Bir neçә saat yatsaq da,
266