Page 263 - alberto moravia_Макет 1
P. 263

Çoçara


             Abır-hәya gözlәmәyәn serjant üzünü bozartdı:
             – Buraxılış vәrәqinizi göstәrin.
             – Buraxılış vәrәqimiz yoxdur, bizә dedilәr ki, bura gәlәk…
             Serjant onların üstünә qışqırmağa başladı:
             – Bәs niyә gec gәlmisiniz? Siz sәhәr saat yeddidә, başqa
          fәhlәlәrlә birgә gәlmәliydiniz.
             – Bunu bizә gec dedilәr, – nisbәtәn cavan, çәlimsiz italyan
          etiraz etmәyә çalışdı. O, başını yana әyib danışır, tez-tez
          gözlәrini qırpırdı: hiss olunurdu ki, әsәblәri korlanıb.
             – Yalan deyirsiniz! – serjant onun üstünә çәmkirdi.
             – Nә haqla belә danışırsınız? – kişi incik sәslә dedi. – Bu
          sinyor da, mәn dә mühәndisik vә…
             – Kәs sәsini, axmaq, – serjant onun sözünü yarıda kәsdi, –
          yoxsa ağzını yummaq üçün sәni әzişdirmәli olacağam.
             Deyәsәn, doğrudan da, cavan oğlanın әsәblәri korlanmışdı:
          birdәn-birә sifәti dәyişildi, rәngi avazıdı… Mәnә elә gәldi ki,
          bu dәqiqә serjantı vurub öldürәcәk. Xoşbәxtlikdәn, yaşlı kişi
          işә qarışdı vә nә yollasa serjantla dil tapa bildi: axır ki, onları
          şәhәrә buraxdılar. Belә hallarla tez-tez qarşılaşırdıq. Orasını
          da deyim ki, yerlilәrlә kobud davrananların çoxu italyan
          mәnşәli amerikalılar idi. Әsl amerikalılar bizimlә soyuq,
          etinasız davransalar da, әdәbli, gülәrüz idilәr. İtalyan әsilli
          amerikalılar bizi boğaza yığmışdılar. Yәqin, bununla göstәrmәk
          istәyirdilәr ki, bir almanın yarısı kimi bizә oxşasalar da,
          fәrqlәnirlәr, bizdәn üstündürlәr, odur ki, hamıya yuxarıdan-
          aşağı baxırdılar. Ola bilsin, vaxtilә ayaqyalın, başıaçıq Amerikaya
          qaçmaq mәcburiyyәtindә qaldıqları üçün indi İtaliya ilә
          hesablaşmaq istәyirdilәr. Bәlkә dә, Amerikada onları adam
          yerinә qoymamış, zülm etmişdilәr, indi bizdәn amerikalıların
          heyfini çıxırdılar. Bunun belә olub-olmadığını bilmirәm,
          bildiyim odur ki, onlar bizimlә çox kobud, çox nәzakәtsiz
          davranırdılar. Hәr dәfә amerikalılara işim düşәndә  Tanrıya
          yalvarırdım ki, rastıma italyan yox, amerikalı çıxsın; qoy lap


                                                              263
   258   259   260   261   262   263   264   265   266   267   268