Page 259 - alberto moravia_Макет 1
P. 259

Çoçara


             Kütlәnin ortasında dayanmış kiçik avtomobilә yaxınlaşdım.
          Maşında iki әsgәr oturmuşdu – biri mavigözlü, çilli, sarışın
          bir oğlandı; digәri isә qarasaç, sivriburun, nazik dodaqlı,
          nisbәtәn yaşlı kişi.
             – Romaya necә getmәk olar? – onlardan soruşdum.
             Sarışın heç biz tәrәfә baxmadı: o, saqqız çeynәyir, әlindәki
          kitabı vәrәqlәyirdi. Qarasaç әsgәr isә ciblәrini eşәlәyib, bir
          qutu siqaret çıxardı.
             – Biz siqaret istәmirik, çәkәn deyilik, yaxşısı budur, deyin
          görәk, Romaya necә getmәk olar?
             – Roma? – qarasaç әsgәr, nәhayәt, dillәndi, – yox Roma.
             – Necә yәni yox?
             – Almanlar Roma.
             O, yenә ciblәrini eşәlәyib, bu dәfә nabat çıxardı, amma
          götürmәdim.
             – Bizә nәsә vermәk istәyirsәnsә, onda çörәk ver, – dedim, –
          konfetә ehtiyacımız yoxdur. O qәdәr acı çәkmişik ki, belә
          şirin şeylәrlә dәrdimizi yüngüllәşdirә bilmәzsiniz.
             Dediklәrimi başa düşmәdi. Oturacağın altından fotoaparat
          çıxarıb, işarәylә şәklimizi çәkmәk istәdiyini bildirdi. Sәbrim
          tükәndi, dözә bilmәyib qışqırdım:
             – Әyin-başımızı görmürsәn? Görmürsәn mağara insanlarına
          oxşayırıq, niyә şәklimizi çәkmәk istәyirsәn? Çox sağ ol!
          Aparatını yığışdır.
             Onun israr etdiyini görüncә, fotoaparatı әlindәn alıb,
          oturacağın üstünә qoydum. Deyәsәn, bu dәfә nә demәk
          istәdiyimi başa düşdü, çevrilib, ingilis dilindә әsgәr yoldaşına
          nәsә dedi. Yoldaşı gözünü kitabdan ayırmadan, könülsüz cavab
          verdi. Onda әsgәr qapını açıb, başıyla işarә etdi ki, maşına
          әylәşәk. Әylәşdik. Sarışın әsgәr kitabı kәnara qoyub, mühәrriki
          işә saldı. Maşın insanların vә xarabalıqların arasından keçib
          sürәtlә irәliyә doğru şığıdı. Bir az getmişdik ki, qarasaç әsgәr
          çevrilib, mәnim kimi çoçi geymiş Rozettanın ayaqlarını
          süzmәyә başladı. Nәhayәt, әyilib çoçiyә toxundu.

                                                              259
   254   255   256   257   258   259   260   261   262   263   264