Page 252 - alberto moravia_Макет 1
P. 252

Alberto Moravia


            istәyirdim… Belә gözәl gündә hamısı yas içindәydi, çünki
            Mikele qayıtmayıb.
                Bir qәdәr susub, fikirlәşdim ki, Rozetta mәndәn yaxşı
            adamdır: sәhәrin gözü açılmamış, durub onlara gedib, hal-
            әhval tutub. Әhvalının korlanacağından da qorxmayıb. Özümdәn
            utandım, xudbin fikirlәrimә görә xәcalәt çәkdim.
                – Mәnim gözәl qızım, ağıllı balam, sәn mәndәn qat-qat
            yaxşı adamsan, çünki  daha ürәklisәn. Bütün mәşәqqәtlәr
            arxada qaldığı üçün elә xoşbәxtәm ki, Festagilә getmәyә ürәk
            elәmәdim.
                – Mәn özümü mәcbur elәmәdim, ana: Mikelenin xәtrini
            çox istәyirәm. Onlara baş çәkmәsәm, özümü bağışlamazdım.
            Zavallı Mikelenin fikrindәn bütün gecәni yatmamışam. Anası
            haqlıymış: Mikele evә qayıtmadı.
                Yola çıxmaq vaxtı gәldi. Romadan gәtirdiyimiz çamadanı
            daxmanın ortasına qoyduq; mitili çıxmış pal-paltarımızı –
            Sant-Yeufemiyada yağlı yundan toxuduğum isti köynәklәri,
            әtәklәri, corabları, yaylıqları sәliqәylә çamadana yığdıq.
            Yevangelistdәn aldığımız qoyun pendirini, bir torba lobyanı,
            qarğıdalı unuyla kәpәyin qarışığından bişirdiyim çörәyi dә
            paltarların yanına qoyduq. İstәdim kәndlilәrdәn aldığım
            boşqabları vә stәkanları da götürәm, amma sonra fikrimi
            dәyişdim. Onlar elә pәncәrәnin önündә qaldı.  Vәssalam.
            Çamadanlarımızı bağladıq vә bir dәqiqәliyә çarpayının üstünә
            әylәşib, әtrafa boylandıq: otağımız mәnә hәddәn artıq kәdәrli
            göründü, bu mәhzun mәnzәrә ürәyimi sızlatdı. Hәyatımın әn
            dәhşәtli günlәrini bu çirkli divarların arasında keçirmişdim,
            buna baxmayaraq, indi buranı hәmişәlik tәrk edib getmәk
            mәnә ağır gәlirdi. Düz doqquz ay burada oturub, günlәri,
            saatları, dәqiqәlәri saymışdım. Elә günlәr olmuşdu ki, ümidsizliyә
            qapılıb, özümә ölüm arzulamışdım. Burada qaldığım vaxtlarda
            әn çox arzuladığım bir şey vardı – azadlıq. Dünyada hamı
            azaddırsa, bundan gözәl vә әdalәtli heç nә ola bilmәz. İlk dәfә


             252
   247   248   249   250   251   252   253   254   255   256   257