Page 201 - alberto moravia_Макет 1
P. 201

Çoçara

         başını aşağı salıb oturmuşdu; vәkilin anası әllәri әsә-әsә
         süfrәnin qırışlarını düzәldirdi; vәkil, tısbağasayağı, boynunu
         yaxalığının içinә çәkmişdi. Yalnız Mikele gözlәrini geniş açıb,
         leytenanta baxırdı.
             – Maraqlıdır, nә deyә bilәrәm, çox maraqlıdır… Amma
         kәndә bomba yağdırıb, evlәri yerlә yeksan edәn tәyyarәçinin
         hisslәri daha yeni, daha maraqlıdır.
             Leytenant elә kütbeyin idi ki, Mikelenin lağ elәdiyini başa
         düşmәdi. O, bir qәdәr susub, sözlәrini tәkrarladı:
             – Davada әldә etdiyin tәcrübәnin әvәzi yoxdur, belә bir
         tәcrübәsi olmayan insan insan deyil… yeri gәlmişkәn, sinyor
         professor, siz niyә cәbhәdә deyilsiniz?
             – Hansı cәbhәdә? – Mikele soruşdu.
             Qәribәdir, leytenant heç nә demәdi vә Mikeleyә tәrs-tәrs
         baxıb, yemәyә girişdi.
             Lakin leytenant sakitlәşmәk fikrindә deyildi, aydın idi ki,
         bizim onunla sәmimi olmadığımızı hiss etmişdi. O, Mikeleni
         rahat buraxıb, yenidәn vәkilin üstünә düşdü.
             – Hörmәtli sinyor vәkil, – leytenant başıyla süfrәyә işarә
         etdi, – insanlar acından qırılır, amma siz burada yağ-bal içindә
         üzürsünüz… Bu lәzzәtli yemәklәr haradandır?
             Vәkillә anası baxışdılar. Ananın baxışlarından hiss olunurdu
         ki, qorxudan sarısını udub, amma vәkil sakit görünürdü.
             – İnanın ki, başqa günlәrdә belә şeylәr yemirik… Bu
         naharı sizin üçün hazırlamışıq.
             Leytenant bir neçә dәqiqә heç nә danışmadı. Sonra yenidәn
         soruşdu:
             – Bu vadidә torpaqlarınız var, elәdir?
             – Müәyyәn mәnada…
             – Necә yәni müәyyәn mәnada? Bildiyimә görә, vadinin
         yarısı sizindir.
             – Nә danışırsınız, әziz leytenant, bunu sizә deyәn ya
         yalançıdır, ya da mәnim paxıllığımı çәkir, bәlkә dә, hәr iki -
         si… Burada vur-tut bir neçә bağım var… biz bu ağaclıqları
         bağ adlandırırıq.


                                                              201
   196   197   198   199   200   201   202   203   204   205   206