Page 193 - alberto moravia_Макет 1
P. 193

Çoçara

         xәstәliyinә tutulmuşdu, saçlarının bir hissәsi tökülmüş, yerdә
         qalanını isә dibindәn qırxmışdılar. Әvvәllәr bu qızı çox
         görmüşdüm, amma saçı qırxılandan sonra onu tanımadım.
         Hәtta üzünün ifadәsi dә dәyişilmişdi, başı böyük, biçimsiz yu-
         murtaya oxşayırdı. Ona qәdәr elә bilirdim ki, qadınların başı
         bu cür tüksüz, keçәl ola bilmәz. Saçlarının haşiyәsindә bәnizi
         pambıq kimi ağappaq görünürdü. Bu yerlәrә baxanda hәmin
         qız yadıma düşdü.  Tommazinonun evinә kölgә salan çinar
         ağacları yarpağını tökmüş, tamamilә çılpaqlanmışdı; çayın
         sahilindәki otlar qurumuş, әrazi böyük bir daşlığa çevrilmişdi.
         Yol kәnarlarında vә çuxurlarda bitki deyilәn şey gözә dәymirdi.
         Düzdür, әvvәllәr buraların bitki örtüyünә fikir vermәmişdim.
         Amma indi dәrhal gözә dәyirdi ki, burada heç nә bitmir, yәni
         әvvәllәr nәsә bitirmiş, sadәcә indi saçı tökülmüş qız kimi,
         gözәlliyini itirib. Bu yerlәrin miskin görkәminә baxanda
         ürәyim qısıldı – bütün bunlar bizim hәyatımızı xatırladırdı.
         Qurtarmaq bilmәyәn müharibә bütün pәrdәlәri, örtüklәri
         götürmüş, hәr şey öz gözәlliyindәn mәhrum olmuşdu.
             Nә isә, gәlin başqa şeylәrdәn danışaq. Biz kәndarası yolla
         addımlayarkәn, bir adamla rastlaşdıq. O, yaxşı bәslәnmiş iki
         kәhәr atın yüyәnindәn çәkә-çәkә, harasa aparırdı. O dәqiqә
         bilinirdi ki, alman atlarıdır, amma kişinin әynindәki mundiri
         ilk dәfәydi görürdüm. Onunla bәrabәrlәşәndә, dönüb bizә
         baxdı, sonra salam verdi vә bizimlә birgә addımlamağa başladı.
         Yol gedә-gedә xeyli söhbәt etdik. İtalyanca çox pis danışırdı.
         Çox cavan idi, iyirmi dörd-iyirmi beş yaşı olardı. Çox yaraşıqlı,
         boy-buxunlu, enlikürәk oğlan idi, uzun ayaqlarına sarı çәkmә
         geymişdi. Saçları qızılı rәngә çalırdı, badamşәkilli yaşıl-mavi
         gözlәrindә dalğın, xәyalpәrәst bir ifadә vardı; burnu nazik,
         düz vә uzun, әtli dodaqları qırmızı idi, gülәndә ağappaq, gözәl
         dişlәri görünürdü. Bir sözlә, ona baxanda adamın ürәyi açılırdı.
         Oğlan dedi ki, çox uzaqdan gәlib, özü dә rusdur. Adını da
         dedi, amma yadımda qalmayıb. O, heç tövrünü pozmadan
         bәyan etdi ki, ruslara xәyanәt edib, almanların tәrәfinә keçib,


                                                              193
   188   189   190   191   192   193   194   195   196   197   198