Page 192 - alberto moravia_Макет 1
P. 192

Alberto Moravia


                Almanlarla bir görüşümüzü dә xatırlayıram, amma tamamilә
            başqa şәraitdә. Unumuz lap azalmışdı, çoxdandır ki, çörәk
            bişi rәndә xәmirә kәpәk qatırdım. Bir dәfә vadiyә enib un ax-
            tarmaq qәrarına gәldik. Әvvәlki kimi yumurta verib, әvәzindә
            un almaq istәyirdik. Paridedәn on altı dәnә yumurta aldım.
            Fikirlәşirdim ki, üstünә bir qәdәr pul qoyub, bir neçә kilo un
            alaram. Doğrusu, Tommazinonu dәhşәtә salan bombardmandan
            sonra mәn dә ehtiyat edirdim. Mikele narahatlığımı bilәn
            kimi, bizimlә getmәyi tәklif etdi. Mәmnuniyyәtlә razılaşdım,
            çünki o, yanımızda olanda özümü daha rahat hiss edirdim,
            hәm dә Sant-Yeufemiyada o, inanıb-güvәndiyim yeganә adam
            idi. Mikele insanlara xoş әhvali-ruhiyyә bәxş etmәyi bacarırdı.
                Sәhәr tezdәn yumurtaları sәbәtә yığıb evdәn çıxdıq.
            Yanvarın әvvәli, qışın oğlan çağı idi. Mәnә elә gәlirdi ki, bu,
            illәrlә davam edәn, insanların “müharibә” adlandırdığı
            çıxılmazlığın vә ümidsizliyin tüğyan etdiyi әn gәrgin vaxtlardır.
            Axırıncı dәfә vadiyә gәlәndә (Tommazino ilә birlikdә) ağacların
            yarpağı hәlә tökülmәmişdi, otlar soluxmamışdı, hәtta bәzi
            yerlәrdә gül dә gözә dәyirdi: payızın son güllәri –  Alp
            bәnövşәlәri vә adi bәnövşәlәr.  Amma indi aşağıya enәndә
            gördük ki, әtrafda hәr şey quruyub, boz rәngә bürünüb, günәş
            görünmür, sәma bombozdur, üstәlik, soyuq adamın iliyinә
            işlәyir. Evdәn çıxanda kefimiz kök idi, amma bu, çox çәkmәdi.
            Düzdür, sakit gün idi, hәr tәrәf sәssizliyә qәrq olmuşdu, amma
            bizi üzәn dә elә bu idi: sükut ürәyimizi sıxır, rahat söhbәt
            etmәyә mane olurdu. Dağın sol yamacı ilә aşağı endik vә
            Tommazino ilә birlikdә vadiyә gedәrkәn bombalanan yerә
            çatdıq. Qayaların vә iri kaktusların arasından keçib, dağın sağ
            yamacına keçdik. Yarım saat belәcә, sәssiz-sәmirsiz irәlilәdik,
            nәhayәt, yolayrıcındakı körpüyә çatdıq. Bombardmandan әvvәl
            Tommazinonun yaşadığı ev burada idi. Әvvәllәr bu yerlәrin
            gözәlliyindәn göz doymazdı, indi isә hәr tәrәf bozumtul
            rәngdәydi, hәr şey kәdәrli, yaraşıqsız görünürdü. Heç keçәl
            qadın görmüsünüz? Yadımdadır, kәndimizdә bir qız yatalaq

             192
   187   188   189   190   191   192   193   194   195   196   197