Page 177 - alberto moravia_Макет 1
P. 177

Çoçara


          özümü pis hiss etmәyә başladım. Yox, pendiri oğurladıqlarına
          görә hirslәnmirdim – qarışıq zәmanәdә yaşayırdıq, oğurluq
          artıq cinayәt sayılmırdı. Mәni özümdәn çıxaran onların sәs
          tonu, danışıq tәrzi idi: fikirlәşirdim ki, baş leytenant belә
          danışmamalı, әdәb qaydalarına riayәt etmәlidir. Üstәlik, o,
          әdalarından kübar cәmiyyәtin adamına oxşayırdı. İstәnilәn
          halda, bu adamların hәrәkәtinә haqq qazandırmaq mümkün
          deyildi, onlar heç dә yaxşı iş tutmamışdılar: kәndli onlara әl
          tutmuş, yaxşılıq etmişdi, әvәzindә bu da onların “sağ ol”u!
          Әvvәlcә onlara irad tutmaq istәsәm dә, heç nә demәdim. Biz
          otluqda әylәşib yemәyә başladıq. Qarabәniz әsgәr dil-boğaza
          qoymur, әsasәn dә, özündәn danışırdı. Sözlәrindәn belә çıxırdı
          ki, böyük torpaq mülkiyyәtçisidir, özü dә müharibәdә zabit
          kimi fәrqlәnib. Sarışın günәş işığında gözlәrini qıyıb dinlәyir,
          arabir atmacalarla onun sözünü kәsir, o isә heç nә olmayıbmış
          kimi öyünmәyә davam edirdi. Mәsәlәn, qarabәniz deyәndә ki,
          mәnim malikanәm var, sarışın tez sözә qarışırdı:
             – Cib dәsmalı böyüklükdә üç qarış torpağın var dә…
             – Yox, mәnim torpaqlarımı yalnız atla gәzmәk olar.
             Yaxud:
             – Özümlә patrul götürüb meşәyә yollandım. Meşәdә, әn
          azından, yüz düşmәn әsgәri pusqu qurmuşdu.
             – Gop elәmә, mәn dә oradaydım, vur-tut beş-altı әsgәr
          vardı.
             – Elә deyil, yüz nәfәrdәn az olmazdılar… Düzdür, kolluqların
          arxasından qәfil çıxdılar, saymağa imkanım olmadı. Belә
          anlarda düşmәnlәri saymırlar, çünki buna macal olmur, amma
          onlar yüzdәn az deyildilәr, buna şübhә yoxdur.
             – Bir az azalt, deyirәm axı, beş-altı nәfәr olardılar.
             Söhbәt belәcә davam edirdi. Qarabәniz әsgәr gözünü dә
          qırpmadan, şövqlә yalan-palan quraşdırıb danışır, sarışın isә
          könülsüz-könülsüz etiraz edirdi. Nәhayәt, qarabәniz әsgәr
          atәşkәs elan olunan gün italyan ordusunun pәrәn-pәrәn düşmәsi
          barәdә danışmağa başladı.


                                                              177
   172   173   174   175   176   177   178   179   180   181   182