Page 171 - alberto moravia_Макет 1
P. 171

Çoçara


          Mikele vә Rozetta bizdәn aralanıb, çiçәk toplayır, ya da nә
          barәdәsә söhbәt edirdilәr. Daha doğrusu, Mikele danışır,
          Rozetta qulaq asırdı. Özüm dә uzağa getmirdim, vaxtımın
          çoxunu elә buradaca keçirirdim. Mәn tәk qalmağı xoşlayırdım:
          Romada yaşadığım vaxtlarda tez-tez tәk qalırdım, amma Sant-
          Yeufemiyada tәnhalığa çәkilmәk mümkün deyildi. Çünki
          gecәlәr Rozettayla yatırdım, gündüzlәr isә qaçqınların әlindәn
          tәrpәnmәk olmurdu. Tәk qalanda maraqlı illüziyaya qapılırdım,
          mәnә elә gәlirdi ki, hәyat dayanıb vә mәn әtrafa rahatca nәzәr
          sala bilirәm; әslindә isә, vaxt әvvәlki qaydada keçib-gedir,
          amma mәn bunu hiss etmirdim. Bu yerlәrdә sükut hökm
          sürürdü; yalnız hәrdәnbir yaxınlıqdakı vadidә otlayan heyvanların
          zınqırovlarının sәsi eşidilirdi; lakin bu sәslәr buradakı sakitliyә
          vә rahatlığa xәlәl gәtirmir, әksinә, daha cazibәli edirdi. Arabir
          su quyusuna yaxınlaşır, әyilib uzun-uzadı aşağıya baxırdım.
          Dәrin quyu idi, hәr halda, mәnә elә gәlirdi; quyunun divarları
          quru idi, dibindәki suyu isә güclә görmәk olurdu. Daşların
          arasında gözәl ayıdöşәyilәr bitmişdi, onların qara gövdәciyi,
          lәlәyә oxşayan yaşıl, xovlu yarpaqları göz oxşayırdı; quyunun
          divarlarını yuxarıdan-aşağıyacan örtmüş ayıdöşәyilәr suda әks
          olunurdu. Gözümü quyunun dibinә zillәyib, uşaqlıq vaxtlarımı
          xatırlayırdım. Uşaqlıqda belәcә, mәni hәm qorxudan, hәm dә
          sirli bir qüvvәylә özünә cәzb edәn quyulara baxmağı xoşlayardım.
          Onda mәnә elә gәlirdi ki, quyular – yerin tәkinә, başqa bir
          dünyaya aparan dәliklәrdir; quyuya atılıb, pәrilәrin, qnomların
          yaşadığı hәmin dünyaya düşmәk istәyirdim. Bәzәn o qәdәr
          baxırdım ki, gözlәrim qaranlığa alışırdı vә suda öz әksimi
          açıq-aydın görә bilirdim; onda yerdәn daş götürüb suya atır,
          suyun üzündә әksimin necә dalğalandığına tamaşa edirdim.
             Hәmin yaşıl çәmәnlikdә, yaylaya sәpәlәnmiş ağ, girdә
          qaya parçalarının arasında gәzişmәyi sevirdim. Bu zaman
          mәnә elә gәlirdi ki, uşaqlıq vaxtlarıma qayıtmışam; hәtta ümid
          etmәyә başlamışdım ki, otların arasından qiymәtli daş-qaş


                                                              171
   166   167   168   169   170   171   172   173   174   175   176