Page 167 - alberto moravia_Макет 1
P. 167
Çoçara
– Halım pisdir, çox pisәm.
Bir neçә gündәn sonra onun ölüm xәbәrini eşitdik. Mәnә
elә gәlir ki, yazıq qorxudan öldü. Çünki xәstә deyildi,
yaralanmamışdı, yalnız bombadan qorxurdu. Onun dәfninә
getmәdim – dәrdimin üstünә dәrd qoymaq istәmirdim, onsuz
da, günümüz xoş keçmirdi. Eşitdim ki, dәfndә yalnız Tom-
mazinonun vә qardaşı Filipponun ailәsi iştirak edib. Ölünü
tabuta qoymayıblar, çünki orada nә taxta vardı, nә dә xarrat
tapmaq olurdu. Odur ki, ağacdan şax kәsib, cәnazәni şaxın
üstünә qoyublar. Fondidәn qaçqın düşmüş, daha çox, öz qara
atıyla dağ kәndlәrini dolaşıb, xırda alverlә mәşğul olan ucaboy,
sarışın mәzarçı Tommazinonun meyitini atın yәhәrinә bağlayıb,
dağ cığırı ilә vadidәki qәbiristanlığa aparıb. Danışırdılar ki,
keşiş tapa bilmәyiblәr, çünki onların hamısı başını götürüb
qaçmışdı. Zavallı Tommazinonu yalnız öz yaxınlarının duaları
ilә haqq dünyasına yola salıblar. Dәfn zamanı üç dәfә hava
hәyәcanı verilib; qәbrin üstünә qoymağa heç nә tapmayıblar,
patron yeşiyinin taxtalarından xaç düzәltmәyә mәcbur olublar.
Sonradan öyrәndim ki, Tommazino arvadına çoxlu pul qoyub,
amma evdә әrzaq saxlamayıb: alverә o qәdәr aludә olub ki,
evdәki unun, duzun hamısını satıb. Odur ki, indi arvadı әlacsız
qalıb, hәr şeyi Tommazinonun satdığından ikiqat baha qiymәtә
alırdı. Tәәccüblü deyil ki, müharibәnin axırına yaxın, demәk
olar, pulların hamısı qurtardı, xüsusilә dә inflyasiya zamanı
yazıq arvadın әlindә-ovcunda nә vardısa, hamısı әriyib getdi.
Bilirsiniz, Mikele öz әmisinin ölümü barәdә nә demişdi:
– Hayıf ondan, yaxşı adam idi. Amma gözünü pul örtmüşdü,
elә bilirdi hәyatda әn vacib şey var-dövlәtdir. O, birdәn-birә
bunun belә olmadığını, pulun arxasında tamam başqa mәtlәblәrin
dayandığını hiss edib, qorxuya düşdü vә bir daha özünә gәlә
bilmәdi. Onun kimi yaşayıb ölәnlәr hәlә çox olacaq…
167