Page 162 - alberto moravia_Макет 1
P. 162

Alberto Moravia


            satır, alverdәn әmәlli-başlı xeyir götürürdü. O, bütün günü
            vadi dә dolaşır, heç nәdәn qorxub-çәkinmirdi. Ürәkli, cәsur
            adam olduğuna görә yox, ona görә ki, pulu hәr şeydәn çox se-
            virdi. Hәmişә yırtıq-yamaq şalvarda, çirkli başmaqda, üzütük -
            lü gәzәn Tommazino sәfil-sәrgәrdan adamlara oxşayırdı. Ailәsi
            çox dandı ki, Paridenin evinin yanındakı kәndli daxma sın da
            qalır dı. Nә üçün öz ailәsi ilә birgә yaşamadığını soruşanda
            deyirdi:
                – İşim çoxdur, mәn son anacan işlәyәcәyәm.
                “Son an” dedikdә, Tommazino müharibәnin sonunu nәzәrdә
            tuturdu. Onda bilmirdi ki, müharibәnin yox, öz ömrünün so-
            nunacan işlәyәcәk.
                Bir dәfә sәbәtә sәkkiz yumurta qoyub, Rozetta ilә birlikdә
            aşağı endik –vadidә, portağal bağındakı alman düşәrgәsindә
            onları çörәyә dәyişmәk istәyirdik. Onda tәsadüfәn Tommazino
            Sant-Yeufemiyaya gәlib çıxmışdı. O da bizimlә getmәk
            istәdiyini bildirdi. Fondinin bombalanmasından beş gün keçirdi.
            Hava mülayim idi. Adәti üzrә, Tommazino irәlidә gedirdi. O,
            fikirli-fikirli, çala-çuxura, daş-kәsәyә mәhәl qoymadan irәlilәyir,
            biz dә sakitcә, dinib-danışmadan onun arxasınca addımlayırdıq.
            Әyri-üyrü dağ cığırı köndәlәn sıldırım qayalığa çatandan sonra
            vadinin içindә sağa burulur, düzәngahdan keçib, qoşa dağın
            sağ yamacı ilә aşağı uzanırdı. Dağın yamacı başdan-başa
            qәribә formalı, kәllә qәndә oxşayan, amma fil dәrisi kimi boz,
            çılpaq qayalıqlarla örtülü idi. Qayaların altında saysız-hesabsız
            oyuqlar, mağaralar gözә dәyirdi. Cığırın hәr iki tәrәfindә bitәn
            yaşıl kaktusların әtli yarpaqları iynәlәr sancılmış döşәkçәyә
            bәnzәyirdi. Cığır sısqa dağ çayının kәnarında, kaktusların vә
            qayalıqların arasıyla qıvrıla-qıvrıla uzanırdı. Kәnarlarını mamır
            basmış dağ çayının şәffaf suları gün işığında büllur kimi bәrq
            vururdu.  Tommazino bizdәn iyirmi-otuz addım irәlidәydi.
            Birdәn tәyyarә eskadrilyasının yeri-göyü lәrzәyә gәtirәn
            uğultusu eşidildi. Әvvәlcә sәs-küyә mәhәl qoymadıq, çünki
            artıq öyrәşmişdik – başımız üstündәn keçib, cәbhә xәttinә
            doğru uçan tәyyarәlәri çox görmüşdük. Әmin idik ki, tәyyarәlәr

             162
   157   158   159   160   161   162   163   164   165   166   167