Page 160 - alberto moravia_Макет 1
P. 160

Alberto Moravia


            arxayın-arxayın geriyә qayıdarkәn, axırdan ikinci tәyyarә
            birdәn-birә alışıb-yanmağa başladı. Tәyyarәni bürüyәn qırmızı
            alov dillәri sәmada şәrf kimi dalğalanırdı. Zenit topunun
            mәrmisi hәdәfә dәymişdi.  Vurulan tәyyarә dәstәdәn geridә
            qaldı, onu ağuşuna almış alov vә tüstü burulğanı getdikcә
            böyüyür, göy üzünә dağılırdı. İndi qaçqınlar başqa şeylәr
            qışqırırdı:
                – Afәrin, almanlar, onlara bu da azdır! Vurun bu qatillәri!
            Tәyyarәlәrini yandırın!
                Birdәn Rozettanın hәyәcanlı sәsini eşitdim:
                – Ora bax, ana, paraşütçülәri görürsәn?
                Doğrudan da, yanan tәyyarә dәnizә doğru uzaqlaşdıqca,
            sәmada bir-birinin ardınca paraşütlәrin ağ çәtirlәri açılırdı,
            hәr çәtirin altında cücü böyüklükdә bir qaraltı görünürdü.
            Yavaş-yavaş yerә enәn yeddi-sәkkiz paraşüt gözә dәyirdi.
            Zenit topları artıq susmuşdu. Vurulan tәyyarә әyri xәtlә enәrәk,
            tәpәnin arxasında gözdәn itdi vә tezliklә oradan güclü partlayış
            sәsi eşidildi. Bununla da hәr şey qurtardı. Әtrafa yenidәn
            sükut çökdü, yalnız uzaqdan, tәyyarәlәrin uçub getdiyi tәrәfdәn
            arabir uğultu sәslәri gәlirdi. Qaçqınlar hәlә dә maçeranın
            üstündә ora-bura qaçışır, ağlaşırdılar. Gümüşü paraşütlәr hәlә
            havada yellәnirdi. Bütün Fondi tüstü-dumana bürünmüşdü,
            adda-budda yanan evlәri güclә görmәk olurdu.
                İngilislәr sanki qaçqınların evlәrini yerlә yeksan etmәk
            üçün gәlmişdilәr. Hәmin gün Mikelenin nә qәdәr daşürәkli
            adam olduğunu özüm üçün bir daha yәqinlәşdirdim. Axşam
            daxmada oturub, baş vermiş hadisәlәr barәdә danışırdıq.
            Mikele birdәn-birә qayıtdı ki:
                – Qәzetlәr bizim tәyyarәlәrin düşmәn şәhәrlәrini bombala -
            dı ğını yazanda, bilirsiniz, bu ağlayıb-sıtqayan qaçqınlar nә
            deyirdilәr? Öz qulaqlarımla eşitmişәm, deyirdilәr ki, bu şәhәr -
            lәri bombalayırlarsa, demәli, günahları var, belә dә lazımdır.
                – Bәs öz ev-eşiyini itirib, qaraçılar kimi çöllәrә düşәn bu
            zavallılara yazığın gәlmir? – ondan soruşdum.



             160
   155   156   157   158   159   160   161   162   163   164   165