Page 156 - alberto moravia_Макет 1
P. 156

Alberto Moravia


                – Atam pis adam deyil… – o dedi, – amma bir neçә mәlәfә
            vә bir-iki bәzәk әşyasına görә, az qala, adam öldürәcәkdi… di
            gәl ki, öz ideyalarımız uğrunda bir cücәni belә öldürmәk
            iqtidarında deyilik.
                Gözünü ocağa zillәmiş Paride sakit sәslә cavab verdi:
                – Mikele, bilmirsәn ki, insan öz malını-mülkünü bütün
            ideyalardan üstün tutur?.. Mәsәlәn, keşişi götürәk. Әgәr kilsәdә
            ona etiraf etsәn ki, oğurluq elәmisәn, sәnә cәza kәsәcәk:
            müqәddәs Cüzeppeyә bir neçә dәfә dua oxumağı tapşıracaq,
            sonra günahını bağışlayacaq. Amma onun evinә gedib, bircә
            dәnә gümüş qaşıq oğurlasan, haray-hәşir salacaq, karabinerlәri
            çağırıb, sәni hәbsxanaya saldıracaq. Din xadimi, keşiş bu cür
            hәrәkәt edirsә, adi insanlardan nә gözlәyәsәn?
                Bu, yağışlar yağan müddәtdә baş verәn yeganә hadisә
            oldu. Bundan sonra hәr şey әvvәlki axarına düşdü: yenә dә
            bütün günü yağışlardan, havadan danışır, ingilislәr gәlәndә vә
            ondan sonra nә edәcәyimizi götür-qoy elәyir, sutkanın on iki,
            on dörd saatını yatağımızda keçirirdik. Biz yuxuya gedir,
            ayılır, bir müddәt yağışın sәsini dinlәyir, sonra yenidәn bir-
            birimizә qısılıb yuxulayırdıq. Dediyim kimi, quru qarğıdalı
            qabığıyla doldurulmuş çuvalın üstündә yatırdıq, hәr dәfә
            yerimizdә qurcalananda çuvalın altındakı taxtalar bir-birindәn
            aralanırdı, belә ki, hәr an yerә düşә bilәrdik.  Filippo vә digәr
            qaçqınların yeganә mәşğuliyyәti yemәk idi. Onlar sәhәrdәn-
            axşamacan әlini ağdan-qaraya vurmur, yalnız yeyib-içirdilәr.
            Deyirdilәr ki, yeyib-içәndә vaxt tez keçir, kәdәrdәn, qüssәdәn
            qurtulmağın yeganә yolu doyunca yemәkdir. Deyirdilәr,
            ingilislәr gәlәnә kimi, әrzağın hamısını yeyib-qurtarmaq
            lazımdır; onsuz da, ingilislәr gәlәndәn sonra bolluq olacaq,
            hәr şey ucuzlaşacaq, onların әrzaq ehtiyatı da qiymәtdәn
            düşәcәk, daha heç kimә lazım olmayacaq. Amma mәn işimi
            ehtiyatlı tutmağa çalışırdım, öz-özümә fikirlәşirdim: “Ehtiyat
            igidin yaraşığıdır”. Mәn dә әmin idim ki, ingilislәr gәlәcәk,
            amma nә vaxt? Olmadı elә, oldu belә! İngilislәr bir-iki ay gec

             156
   151   152   153   154   155   156   157   158   159   160   161