Page 120 - alberto moravia_Макет 1
P. 120

Alberto Moravia


                Kimsә bәrkdәn öskürüb, Antonionun diqqәtini bizә çәkmәk
            istәdi – o, yәqin ki, bizi görmürdü, çünki ağacın arxasındaydıq.
            Antonio üzrxahlıq edirmiş kimi mızıldandı:
                – Müharibәdә bundan da betәr şeylәr olur.
                Rozetta birdәn-birә yerindәn qalxıb, arxaya baxmadan
            uzaqlaşmağa başladı. Dәrhal onun dalınca getdim. O, başını
            aşağı salıb irәlilәyirdi, dayananda gördüm ki, gözlәri yaşla
            dolub, bәnizi ağarıb. Soruşdum ki, nә olub?
                – Antonionun dediklәrini eşitdin?
                Özümü itirdim, bilmәdim nә cavab verim, istәr-istәmәz
            Antonionun sözlәrini tәkrarladım:
                – Qızım, müharibәdә bundan da betәr şeylәr olur.
                O, bir qәdәr susub, öz-özünә danışırmış kimi dedi:
                – İstәrdim, hәmişә öldürәnlәrin yox, öldürülәnlәrin yanında
            olum.
                O gündәn sonra qaçqınlardan uzaq gәzmәyә başladıq,
            çünki Rozetta Antonionun üzünü belә görmәk istәmirdi. Ancaq
            o, Mikelenin dediklәri ilә dә razılaşmırdı. Mәsәlәn, dini
            mәsәlәlәrlә bağlı onlar bir-birinә tamamilә zidd fikirlәr irәli
            sürürdülәr. Dediyim kimi, Mikele faşistlәrә vә katolik rahiblәrә
            nifrәt edirdi; bilmәk olmurdu, onlardan hansına daha çox
            nifrәt edir. Tez-tez deyirdi ki, faşist vә rahib – ikisi dә bir
            bezin qırağıdır; onların yeganә fәrqi budur ki, rahiblәr uzun,
            qara cübbәni olduğu kimi geyinir, faşistlәr isә hәmin cübbәdәn
            özlәrinә qara köynәk düzәldiblәr, vәssalam. O, dinә, daha
            doğrusu, keşişlәrә meydan oxuyurdu. Ancaq bunun mәnә isti-
            soyuğu yox idi; hәmişә düşünmüşәm ki, dini mәsәlәlәrdә hәr
            kәs öz kefinin ağasıdır; düzdür, mәn dindar adamam, amma o
            dәrәcәdә yox ki, öz dinimi başqalarına da sırımağa çalışım.
                Bundan başqa, bilirdim ki, zahiri sәrtliyinә baxmayaraq,
            Mikele qәddar, zalım adam deyil, bәzәn hәtta fikirlәşirdim ki,
            o, keşişlәrә nifrәt etmir, sadәcә onların din xadiminә yaraşmayan
            lәyaqәtsiz davranışını qınamaq üçün belә sözlәr danışır. Bir


             120
   115   116   117   118   119   120   121   122   123   124   125