Page 116 - alberto moravia_Макет 1
P. 116
Alberto Moravia
dağlara tamaşa elәyirdik. Sözün düzü, bu gәzintilәrdәn yadımda
heç nә qalmayıb, çünki Mikelenin mühakimәlәrindәn savayı,
burada yaddaqalan heç nә baş vermirdi. Onun söylәdiklәrini
yaxşı xatırlayıram, çünki yeni şeylәr danışırdı, elә özü dә
mәnim üçün yeni adam idi, hәyatımda belә adam görmәmişdim.
Biz avam adamlar idik, o isә çoxlu kitab oxumuşdu vә çox
şeylәr bilirdi. Ancaq mәnim hәyat tәcrübәm onunkundan çox
idi. İndi düşünürәm ki, Mikele oxumuş, bilikli adam olsa da,
çox sadәlövh idi, hәyatdan baş çıxarmırdı, bilmirdi, çox şeylәr
barәdә yanlış tәsәvvürü vardı. Mәsәlәn, tanışlığımızın ilk
günlәrindә onun dediklәrini xatırlayıram:
– Çezira, sәn (Mikele ilә bir-birimizә “sәn” deyirdik)
dükançısan, yalnız öz dükanını fikirlәşirsәn, ancaq ticarәtlә
mәşğul olsan da, pozulmamısan, olduğun kimi qalmısan.
– Necә qalmışam? – soruşdum.
– Kәndli kimi, – cavab verdi.
– Sağ ol, sevindirdin mәni… Kәndlilәr torpaqda eşәlәn -
mәk dәn savayı, heç nә bilmirlәr, dünyadan xәbәrsiz heyvan
kimi yaşayırlar.
O, gülә-gülә cavab verdi:
– İndi bu, kompliment kimi sәslәnir. İndiki vaxtda әsl
avam, mәdәniyyәtsiz, vәhşi adamlar oxuyub-yazmağı bacaran,
şәhәrlәrdә yaşayıb özünü “sinyor” adlandıranlardır… Onlara
heç nәyi başa salmaq mümkün deyil, amma siz kәndlilәrlә hәr
şeyi yenidәn başlamaq olar.
Әvvәlcә nә demәk istәdiyini başa düşmәdim:
“Yenidәn başlamaq” deyәndә nәyi nәzәrdә tutursan?
– Yәni… Sizdәn yeni adamlar düzәltmәk olar.
– O dәqiqә bilinir ki, sәn kәndlilәri tanımırsan, әzizim!..
Kәndlilәrlә heç nә elәmәk olmaz. Kimdir kәndlilәr? Yer
üzünün әn köhnә adamları. Onlardan necә yeni adam
düzәldәcәksәn? Onlar kәndli olanda hәlә şәhәrlәrdә adam
yaşamırdı. Odur ki, kәndli elә hәmişә kәndli olaraq qalacaq.
116