Page 114 - alberto moravia_Макет 1
P. 114

Alberto Moravia


            vermәyib, yaşıdları necә, o da elә. O, Fondidә, öz ailәsindә
            böyümüşdü, mәktәbdә oxumuşdu, başqa oğlanlar kimi әvvәlcә
                                        2
                  1
            balilla , sonra isә avanqardist olmuşdu. Bundan sonra Roma
            Universitetinә qәbul olunmuş, bir neçә il burada oxumuşdu.
            Romada Mikele maqistrat dayısının evindә qalırmış. Vәssalam.
            O, heç vaxt xaricә getmәmişdi, elә İtaliyanın özündә dә Fondi,
            Roma vә bir neçә şәhәrdәn savayı, heç yerdә olmamışdı. Bir
            sözlә, onun başına heç bir iş gәlmәmişdi, nә baş vermişdisә,
            yalnız beyninin içindә, fikirlәrindә olmuşdu. Mәncә, Mikele
            qadınlarla da yaxınlıq etmәmişdi – qadınlar tәcrübәsiz
            yeniyetmәlәrin gözünü hәyata açmağa qadirdir. Mikelenin
            özü dә deyirdi ki, heç vaxt qız sevmәyib. Belә başa düşdüm
            ki, olsa-olsa, nә pulu, nә dә tanışlığı olan başqa oğlanlar kimi,
            Mikele dә hәrdәnbir küçә qadınlarının yanına gedir. Belәliklә,
            axırda bu fikrә gәldim ki, bu әqidә onda özünün dә xәbәri ol-
            madan, kortәbii şәkildә formalaşıb. Bu, bәlkә dә, ziddiyyәtlәrdәn
            doğan qәnaәt idi. İyirmi ildi faşistlәr sәsini başına atıb, yeri
            gәldi-gәlmәdi, Mussolininin dahi olduğunu bәyan edirdi.
            Amma hәyata yenicә atılmış Mikele günәşә doğru can atan
            bitkilәrsayağı, heç nәyә mәhәl qoymadan bunun әksini
            söylәyirdi. Әlbәttә, bunun arxasında mәnim kimi kasıb, avam
            qadının başa düşmәdiyi nәsә sirli bir şey dayanır, ancaq
            bilirdim ki, uşaqlar çox vaxt ata-anaların öyrәtdiyinin әksini
            elәyir. Ona görә yox ki, valideynlәrin haqsız olduğuna әmindirlәr,
            ona görә ki, öz hәyatlarını yaşamaq, başqa cür olmaq istәyirlәr;
            ata-analar öz istәdiklәri kimi yaşayırlarsa, uşaqlar niyә
            yaşamasın? Mәncә, Mikele dә bu uşaqlardan biriydi. O, faşist
            tәrbiyәsi görmüşdü, onu da faşist elәmәk istәyirdilәr, amma o
            canlı insan idi, öz bildiyi kimi yaşamaq istәyirdi, elә buna
            görә dә antifaşist olmuşdu. Sant-Yeufemiyada, Mikele, demәk



            1 Balilla – faşist uşaq tәşkilatının üzvü
            2 Avanqardist – faşist yeniyetmәlәr tәşkilatının üzvü

              114
   109   110   111   112   113   114   115   116   117   118   119