Page 111 - alberto moravia_Макет 1
P. 111

Çoçara


          doğru hәrәkәt edir. Amma deyәsәn, bu qoşun dәstәsi tısbağa
          yerişliydi: çünki yolda dincәlә-dincәlә, ayaqla gәlsәydilәr
          belә, çoxdan gәlib-çıxmalıydılar. İngilislәrin gәlişindәn, onların
          bizi ağ günә çıxracağından o qәdәr danışdıq ki, axırda bu söz-
          söhbәtdәn bezdim, başım qarışsın deyә özümә vә Rozettaya
          nәsә toxumaq qәrarına gәldim. Paridedәn bir az yun alıb, isti
          köynәk toxumağa başladım – kim bilir, burada nә qәdәr
          qalmalı olacaqdıq, qış paltarımız isә yox idi. Yun çirkliydi,
          sanki yağa bulaşmışdı, üstәlik, tövlә iyi verirdi. Paridenin bir
          neçә qoyunu vardı, hәr il onları qırxır, qәdim vaxtlarda olduğu
          kimi, yunu cәhrәdә әyirir, corab vә köynәk toxuyurdular. Nuh
          әyyamında necә yaşayırdılarsa, indi dә elә. Yemәk-içmәk vә
          geyinmәk üçün Paride ailәsinin kәtandan tutmuş, yuna vә
          heyvan dәrisinәcәn hәr şeyi vardı. Dediyim kimi, onlar pul
          görmürdülәr vә әgәr özlәrinә geyim-kecim tikmәsәydilәr,
          çılpaq gәzmәli olardılar. Pambıq әkib, yun qırxır, inәk kәsәndә
          isә dәrisindәn çoçi vә gödәkcә tikirdilәr. Qadınlar yunu vә
          pambığı әyirәndәn sonra gәtirib, bizim otağımızdakı dәzgahda
          paltar tikmәyә başlayırdılar. Bәzәn dәzgah arxasına Luiza
          otururdu, bәzәn dә Paridenin bacısı vә ya gәlini. Orasını da
          deyim ki, heç biri nә cәhrәni, nә dә dәzgahı düzәmәlli işlәdә
          bilmirdi. Toxuduqları parçaya keyfiyyәtsiz göy boya vurur,
          ondan şalvar vә köynәk biçirdilәr. Ömrümdә bu qәdәr kobud
          iş görmәmişdim – elә bil paltar biçәrkәn qayçıdan yox, baltadan
          istifadә edirdilәr. Uzağı bir hәftә sonra tikdiklәri paltarların
          dirsәyi vә dizi süzülüb-yırtılır, üstündәn yamaq vurmalı
          olurdular, iki hәftә sonra isә bütün ailә yenidәn cır-cındırda
          gәzirdi. Bir sözlә, hәr şeyi özlәri düzәldir, ancaq çox pis
          düzәldirdilәr. Bu müşahidәmi Filipponun oğlu Mikele ilә
          bölüşәndә o, başını yellәdi:


                                                              111
   106   107   108   109   110   111   112   113   114   115   116