Page 110 - alberto moravia_Макет 1
P. 110
Alberto Moravia
şiddәtli döyüşlәr gedir, bәzilәri Neapolun şimalında, Kazerta
yaxınlığında, digәrlәri Kassinoda vә hәtta lap yaxında – İtridә
müharibәnin qızışdığını söylәyirdi. Amma hamısı yalan idi.
Bu oğlanların yalnız bir marağı vardı: bacardıqca çox duz vә
tәnbәki satmaq, xәbәrlәrә gәlincә isә onlar camaatın eşitmәk
istәdiyi şeylәrdәn savayı, heç nә danışmırdılar.
Bu ilk günlәrdә müharibәni xatırladan yeganә әlamәt
Sperlonqanın olduğu yerdәn, yәni dәniz tәrәfdәn eşitdiyimiz
partlayış sәslәri idi. Sәslәr çox aydın eşidilirdi. Bir neçә gün
sonra bizә portağal gәtirәn qadın dedi ki, ingilislәrin qarşısını
kәsmәk üçün almanlar su bәndlәrini vә meliorasiya kanallarını
partladırlar; tezliklә bütün sahәlәri su basacaq, min bir zәhmәtlә
mәhsul yetişdirәn kәndlilәrin çoxu müflis olacaq, torpağı qu-
rutmaq, yenidәn yararlı hala salmaq üçün isә illәrlә әziyyәt
çәkmәk lazım gәlәcәk. Ardı-arası kәsilmәyәn partlayışlar el
şәnliklәrindәki atәşfәşanlığı xatırladırdı. Bu partlayış sәslәri
adamda qәribә bayram ovqatı yaradırdı – baxmayaraq ki,
aşağıda, münbit torpaqlarda yaşayan insanların dilәnçi kökünә
düşәcәklәrini, bir parça çörәyә möhtac olacaqlarını yaxşı
bilirdim. Başdan-başa yaşıllığa, gül-çiçәyә qәrq olmuş Fondi
vadisi uzaqda rәngdәn-rәngә çalan dәnizin mavi rәngi ilә
süslәnmişdi, göy üzü tәrtәmiz idi, sakit, gözәl hava vardı.
Yenә dә partlayış sәslәrini eşidә-eşidә Fondinin gözәl
mәnzәrәsinә baxarkәn fikirlәşdim ki, insanlarla tәbiәt arasındakı
uyğunluq vә uzlaşma pozulub; bәzәn tәbiәt coşur, şimşәk
çaxır, yağışla birgә göydәn ildırım yağır, bununla belә, öz
evindә oturan insanlar özünü xoşbәxt hiss edir; bәzәn dә
görürsәn ki, әksinә, tәbiәt üzünә gülür, insanları xoşbәxt
olmağa, hәyatdan zövq almağa çağırır, ruhdan düşmüş,
ümidsizlәşmiş insanlar isә özünә ölüm arzulayır.
Bir neçә gün keçdi, heç yerdәn müharibә haqqında dәqiq
mәlumatlar ala bilmirdik, Sant-Yeufemiyaya gәlәnlәr isә yalnız
onu deyirdilәr ki, ingilislәrin böyük qoşun dәstәsi Romaya
110