Page 115 - alberto moravia_Макет 1
P. 115

Çoçara


          olar, bütün gününü bizimlә keçirirdi. Bilmirәm, onu cәzb edәn
          nә idi: biz sadә qadınlarıq, onun anasından, bacısından
          seçilmirik. O, Rozettaya çox da meyil elәmirdi, bu barәdә bir
          az sonra danışacağam.  Yәqin ki, Mikelenin bizimlә vaxt
          keçirmәk istәmәsinin öz sәbәblәri vardı. Әvvәla, biz Romadan
          gәlmişdik, yerli lәhcәdә danışmırdıq, ikincisi dә, başqaları
          kimi bütün günü Fondini yadımıza salıb sızlamırdıq. Bir dәfә
          özü dә demişdi ki, bu söz-söhbәtlәrdәn zәhlәsi gedir. Mikele
          biz yataqdan qalxar-qalxmaz, sәhәr tezdәn gәlir, bütün günü
          bizimlә olur, yalnız sәhәr yemәyi vә nahar vaxtı çıxıb harasa
          gedirdi. İndiki kimi yadımdadır, kandardan içәri boylanıb, şәn
          sәslә deyirdi:
             – Bir az gәzişmәk istәmirsiniz?
             Onsuz da, boş-avara adamlar idik, mәn çarpayıda, Rozetta
          isә stulda oturub mürgülәmәkdan savayı, heç nәylә mәşğul ol-
          murduq, odur ki, hәvәslә razılaşırdıq. Başmaqseyrinә çıxdığımız
          yerlәr bir-birindәn o qәdәr dә fәrqlәnmirdi: adәtәn, maçeranın
          kәnarı ilә irәlilәyib, bir almanın yarısı kimi Sant-Yeufemiyaya
          oxşayan qonşu vadiyә adlayırdıq, yaxud daş cığırla palıd
          meşәsinin içindәn keçib, aşırıma qalxır, ya da dağın әtәyinә
          enirdik. Hәmişә nisbәtәn düz yolu seçirdik, maçeranın kәnarı
          ilә sola, vadiyә meyillәnmiş terrasa qәdәr gedirdik. Terrasda
          yaşıl kolluqlarla әhatәlәnmiş böyük ağac vardı, torpaq isә
          balış kimi yumşaq mamırla örtülmüşdü. Biz mavi qayalığın
          yaxınlığında, terrasın lap kәnarında oturub, buradan ovuc
          içindәymiş kimi görünәn Fondiyә tamaşa elәyirdik. Burada
          saatlarla otururduq. Başqa neylәyirdik? Heç nә. Bәzәn Rozettayla
          Mikele  Alp bәnövşәsi toplamaq üçün yaxınlıqdakı kolluğa
          gedirdilәr – payız aylarında bu yerlәrdә bәnövşә çox olur,
          onların boz-qara mamırın üzәrindә ucalan gözәl, al-qırmızı
          qönçәlәrini hәr yerdә görmәk olar. Rozetta onlardan dәstә
          tutub mәnә gәtirir, mәn dә, evә qayıdanda onu stolun üstündәki
          stәkana qoyurdum. Bәzәn elә-belә oturub sәmaya, dәnizә vә


                                                              115
   110   111   112   113   114   115   116   117   118   119   120