Page 118 - alberto moravia_Макет 1
P. 118
Alberto Moravia
– Demәli, bizim burada әsir qaldığımıza görә sәn dә gü-
nahkarsan… Deyirsәn ki, sәn dә onlara başqa adamlar kimi
yox, yalnız fәhlә kimi baxırsan. Sәni başa düşmürәm.
– Elәdir, mәn onlara fәhlә kimi baxıram, bilirsәn niyә?
Bәzilәri adam yerinә qoymur, onları yalnız istismar etmәk
barәdә düşünür, amma mәn onlara fәhlә kimi baxıram, çünki
kömәk etmәk istәyirәm.
– Belә çıxır ki, – birdәn-birә ağlıma gәlәn fikri sәslәndirdim, –
sәn qiyamçısan, ixtişaş salmaq istәyirsәn.
Mikelenin sifәti tutuldu:
– Niyә elә fikirlәşirsәn?
– Dükanımda alış-veriş elәyәn bir polis demişdi ki,
qiyamçılar fәhlәlәrin arasında tәbliğat aparırlar.
O, bir qәdәr susub dedi:
– Tutaq ki, mәn qiyamçıyam.
– Bәs sәn haçansa fәhlәlәr arasında tәbliğat aparmısan? –
israrla soruşdum.
O, çiyinlәrini çәkdi vә könülsüz-könülsüz boynuna aldı
ki, heç vaxt tәbliğat aparmayıb.
– Görürsәn, dedim axı, sәn fәhlәlәri tanımırsan. – Yenә
ona irad tutdum. O, sözlәrimi cavabsız qoydu.
Doğrudur, Mikelenin dediklәrinin çoxunu başa düşmürdük,
bununla belә, Rozettayla mәn, başqa kişilәrdәnsә, onunla
gәzişmәyә üstünlük verirdik. Burada pul-para haqqında
fikirlәşmәyәn әn ünsiyyәtcil adam o idi, ona görә dә darıxdırıcı
deyildi. İş-güc, pul-para, әlbәttә, çox vacib mәsәlәlәrdir, ancaq
insanlar yalnız bu barәdә danışanda, adamın ürәyi sıxılır.
Filip ponun da, qaçqınların da bütün söhbәtlәrinin mövzusu bu
idi: müharibәdәn әvvәl qiymәtlәr necәydi, müharibәdәn sonra
necә olacaq, nә alıb-satmaq olar? Qalan vaxtlarını isә kart oy-
namaqla keçirirdilәr. Onlar Filipponun otağında bardaş qurub
oturur, kürәklәrini paxla vә un kisәlәrinә söykәyib, siqar çәkә-
çәkә saatlarla kart oynayırdılar. Otaqda tüstüdәn göz-gözü
118