Page 103 - alberto moravia_Макет 1
P. 103
Çoçara
O qәdәr çox, elә lәzzәtlә yatırdıq ki, burada, bu dağlarda
hәyatın bütün çәtinliklәri bizә әhәmiyyәtsiz görünmәyә
başlamışdı, asanlıqla onların öhdәsindәn gәlirdik; necә ki ağır
yükü dağa qaldıran qatır yatıb-dincәlәndәn sonra heç nә
olmamış kimi düz yolla yorğalamağa davam edir. Bununla
belә, tezliklә başa düşdük ki, buradakı hәyatın öz çәtinliklәri
var. Çәtinliklәr sәhәr tezdәn başlayırdı: ayağını palçığa
bulaşdırmamaq üçün çarpayıdan çox ehtiyatla düşmәliydin,
çünki aramsız yağışlar yağırdı vә torpaq döşәmә çirkli bataqlığa
çevrilirdi. Ayaqlarımı palçıqdan qorumaqçün yerә yastı daş
döşәmişdim. Bundan başqa, suyu qaldığımız yerin qabağındakı
quyudan çәkib gәtirirdik; payızda quyudan su gәtirmәk çox
da çәtin deyildi, amma biz tәxminәn min metr hündürlükdә
yerlәşәn dağlarda yaşayırdıq – qış aylarında quyunun suyu
donurdu. Quyudan vedrәni çәkәndә әllәrim soyuqdan keyiyirdi,
su isә buz kimi olurdu. Mәn titrәquşam, soyuqdan qorxan
adamam, odur ki, sәhәrlәr yalnız әllәrimi vә üzümü yuyurdum;
Rozetta isә soyuqdan çox çirkdәn qorxur, o, sәhәrlәr bütün
paltarını soyunur, otağın ortasında dayanıb, bir vedrә buzlu
suyla çimirdi. Mәnim Rozettam çox güclü, sağlam qız idi,
çimib qurtarandan sonra adama elә gәlirdi ki, bәdәninә yağ
sürtüb, su damcıları çiyinlәrindәn, sinәsindәn, qarnından,
sağrılarından aşağı sürüşürdü. Yuyunub-tәmizlәndikdәn sonra
bayıra çıxıb yemәk hazırlamağa başlayırdıq. Nә qәdәr ki
havalar xoş keçirdi, hәlә qış gәlmәmişdi, rahatca biş-düş
elәyirdik, ancaq qış girәn kimi bizim dә çәtinliklәrimiz başladı.
Biz yağışın altında kolluğa gedib, çır-çırpı vә qamış gәtirmәliydik.
Bunları daxmaya gәtirәndәn sonra ocaq qalamağa çalışırdıq.
Yaş budaqlar yanmaq bilmirdi, qamış elә bәrk tüstülәnirdi ki,
onları alışdırmaq üçün yerә yatıb, uzun-uzadı üfürmәli olurduq.
Bir ovuc paxlanı qazanda qızdırınca, bir yumurtanı bişirincә
bizimki bizә dәyirdi, başdan-ayağa his-pasa batırdıq, tüstüdәn
gözümüz yaşarır, yorulub әldәn düşürdük. Kәndlilәr necә, biz
103