Page 98 - alberto moravia_Макет 1
P. 98

Alberto Moravia


            tutmaq, tәyyarәlәrlә bombalamaq vә toplardan atәş yağdırmaq
            üçün әvvәlcә döyüş sahәsini raketlәrlә işıqlandırırlar.  Ancaq
            hәmin anlarda mәnә elә gәldi ki, bu, ilahi әlamәtdir – Madonna
            mәnә işarә verib demәk istәyir ki, dualarım eşidilib, bundan
            sonra hәr şey yoluna düşәcәk.
                Әslindә, bu dua-sәna barәdә danışmaqla, Rozettanın xarak-
            terini göstәrmәk istәyirәm. İndiyәcәn qızımın xasiyyәti haqda,
            demәk olar, heç nә danışmamışam. Doğrudur, sonradan
            xasiyyәti dәyişdi, amma o vaxtlar qız hәlә püxtәlәşmәmişdi,
            biz dağlara gәlәndә elә bil başqa dünyanın adamıydı. Mәlum
            mәsәlәdir, analar öz uşaqları barәdә hәr şeyi bilә bilmәz.
            Ancaq bir şeyi dәqiq bilirәm – әvvәlki Rozettayla indiki
            arasında yer-göy fәrqi var. Rozettaya yaxşı tәrbiyә vermişdim,
            ağa qızı kimi böyütmüşdüm, nazını çәkmişdim. Mәn dinә çox
            da bağlı adam deyilәm, baxmayaraq ki, bütün qaydalara әmәl
            etmәyә çalışıram. Bu mәsәlәylә bağlı birmәnalı söz deyә
            bilmәrәm. Mәsәlәn, o axşam, maçeranın üstündә mәnә elә
            gәlirdi ki, Tanrıya inanıram, ancaq Romadan qaçmağa mәcbur
            olduğumuz günlәrdә bunu iddia edә bilmәzdim. İstәnilәn
            halda, din mәnә gerçәk dünyanı unutdura bilmәz – hәyat çox
            zaman rahiblәrin söylәdiklәrini alt-üst edir, onların izahlarıyla
            düz gәlmir. Amma Rozetta belә şeylәrin fәrqindә deyildi. Dini
            doqmalara heç bir şәkk-şübhәsi yox idi, tәrәddüd-filan bilmirdi.
            O, heç vaxt din haqqında danışmazdı, onun üçün din –
            ciyәrlәrimizә çәkdiyimiz hava kimi bir şey idi. Bәlkә dә, ona
            görә ki, qızım on iki yaşına kimi monastırda tәrbiyә almışdı,
            sәhәrdәn-axşamacan rahibәlәrlә bir yerdә olurdu, evә yalnız
            gecәlәmәyә gәlirdi. Ola bilsin, bu, onun tәbiәtindәn irәli
            gәlirdi, hәr halda, birmәnalı demәk çәtindir. Nә isә, mәhz
            indi, tamamilә dәyişilәndәn sonra, onun ovaxtkı xasiyyәtini
            dumanlı xatırlayıram. Bir şey dәqiq yadımdadır: onda hәrdәn
            mәnә elә gәlirdi ki, Rozetta kamil insandır; әn qәrәzli adam
            da onda heç bir әskiklik tapa bilmәz. O, hәlim, sözünә düz,


              98
   93   94   95   96   97   98   99   100   101   102   103