Page 92 - alberto moravia_Макет 1
P. 92

Alberto Moravia


                Qayınanası kimi, Luizanı da qaramat basmışdı. Onun
            sözlәrinә tәәccüblәnib dedim:
                – Haradan bilirsәn ki, onların hamısı ölәcәk? Mәn әminәm
            ki, qayıdacaqlar.
                Ancaq Luiza başını yellәyәrәk gülümsәdi:
                – Mәni başa düşmәdin. Kişilәrin geri dönәcәyinә inanmıram,
            ona görә yox ki, onları öldürәcәklәr, sadәcә rus qızları bizim
            kişilәrdәn ötrü sinov gedir. Әcnәbilәrdәn hamının xoşu gәlir.
            Çox güman, müharibәdәn sonra rus qadınları onları burax-
            mayacaq, onları bu yerlәrdә bir daha görmәyәcәyik.
                Luiza müharibәyә kişi-qadın münasibәtlәri prizmasından
            baxırdı. Deyәsәn, halından razı idi: iki barmağı olmadığına
            görә әri onun yanında qalmışdı, digәr arvadların әrlәri isә rus
            qızlarının çәngindәn qurtula bilmәyәcәkdi…  Festanın ailәsindәn
            söhbәt düşdü. Luiza dedi ki, Filippo tanışlıqla, rüşvәtlә öz
            oğlunu әsgәrlikdәn saxlayıb, pulu, әlaqәlәri olmayan kәndlilәr
            isә cәbhәdә qan axıtmalı olublar. Filipponun sözlәrini xatırladım:
            o deyirdi ki, iki cür insan var – axmaqlar vә ağıllıar. Belә
            çıxırdı ki, bu halda Filippo ağıllı hәrәkәt elәyib.
                Axır ki, axşam düşdü, Luiza sәs-küylü dәzgahın arxasından
            qalxıb, şam yemәyi hazırlamağa getdi. Rozettayla elә
            yorulmuşduq ki, yerimizdәn tәrpәnmәyә heyimiz yox idi.
            Çırağın ölәziyәn işığında otaq әsl mağaraya oxşayırdı. Bir-
            birimizә baxa-baxa qalmışdıq. Gözlәrimizlә danışırdıq.
            Baxışlarımızda demәk istәdiyimiz hәr şey ifadә olunmuşdu,
            sözlәrә ehtiyac yox idi. “İndi neylәyәcәyik, ana? Mәn qorxuram.
            Biz gәlib hara düşmüşük?”  –  Rozettanın gözlәrindәn bunları
            oxumaq olardı. “Qızım, narahat olma, anan yanındadır, qorxulu
            heç nә yoxdur” – ona sәssizcә tәskinlik verirdim.
                Nәhayәt, bu dilsiz söhbәtimizin sonunda Rozetta oturduğu
            kәtili mәnim yanıma çәkdi, başını dizimә qoyub, ayaqlarımı
            qucaqladı. Kirimişcә onun başını sığallamağa başladım. Yarım
            saata qәdәr belәcә oturduq, sonra qapı açıldı vә uşaq başı
            göründü. Paridenin oğlu Donato idi.


              92
   87   88   89   90   91   92   93   94   95   96   97