Page 90 - alberto moravia_Макет 1
P. 90

Alberto Moravia


            yi mizi, üstәlik, burada yaşayacağımızı düşünәndә ürәyim
            sıxıldı.  Axı biz insanıq, qoyun-keçi deyilik. Fikirli-fikirli,
            ucadan dedim:
                – Yaxşı ki, burada cәmisi üç-dörd gün qalacağıq, ingilislәr
            gәlәnә kimi.
                – Nәdir, koma xoşuna gәlmir?  – Paride rişxәndlә soruşdu.
                – Bizim kәnddә belә daxmalarda heyvan saxlayırlar, –
            dedim.
                Paride qәribә adam idi, sonralar әmin oldum ki, bu
            hissiyyatsız, daşürәkli kәndlinin mәnliyi dә yoxdur.
                O, әyri-әyri gülümsәyib cavab verdi:
                – Amma burada insanlar yaşayır.
                – Komamız xoşuna gәlmir? – qarı sisәy cırıltısına bәnzәr
            sәslә soruşdu, – hәr halda, bura çöldәn yaxşıdır. Rusiyaya
            göndәrilәn binәva әsgәrlәr ömürboyu bu komada yaşamağa
            razı olardılar. Onların arvadları burada bizimlә yaşayır. Tәki o
            yazıqlar qayıdıb gәlsinlәr!  Ancaq qayıdan deyillәr, çünki
            hamısını öldürәcәklәr, heç xristian kimi dә dәfn etmәyәcәklәr…
            Ona görә ki, daha Rusiyada nә İsa Mәsihi saya salan var, nә
            Madonnanı.
                Qaramat basmış qarının sözlәrinә tәәccüblәndim. Paride
            isә qımışıb dedi:
                – Anam hәr şeyi qara rәngdә görür, qocalıb, günü bu dax-
            mada keçir, üstәlik, ağır eşidir. Kim deyir ki, qayıtmayacaqlar? –
            o,üzünü anasına tutub hündürdәn soruşdu, – mütlәq qayıdacaqlar,
            çox qalmayıb.
                – Qayıtmayacaqlar… Bizim dә başımıza bomba töküb
            qıracaqlar.
                Paride yenә qımışdı, elә bil anası gülmәli nәsә demişdi.
            Ancaq qarının pis-pis qarıldaması mәni qorxuya salmışdı.
            Odur ki, tәlәm-tәlәsik dedim:
                – Yaxşı, mәn getmәliyәm, görüşәrik!
                – Biz hәlә çox görüşәcәyik, onsuz da, Romaya tez
            qayıtmayacaqsan, bәlkә, heç qayıtmalı olmadın.

              90
   85   86   87   88   89   90   91   92   93   94   95