Page 85 - alberto moravia_Макет 1
P. 85

Çoçara


             – Elәdir, – kimsә dedi, – Filippo gecә-gündüz çalışır, pul
          qazanır, oğlu isә kitab oxumaqla gün keçirir, guya böyük iş
          görür.
             Ancaq deyәsәn, Filippo öz savadlı-tәhsilli oğlu ilә ürәyinin
          dәrinliklәrindә fәxr elәyirdi, sevinirdi ki, oğlu ona çәkmәyib –
          o, stәkanı kәnara itәlәyib, bir qәdәr susduqdan sonra әlavә
          etdi:
             – Bir şeyi nәzәrә alın… Sözün düzü, mәnim oğlum
          idealistdir. Bәs indiki vaxtda idealist olmaq nә demәkdir?
          Axmaqlıq! Onda günah yoxdur, vәziyyәt belә gәtirib, amma
          yenә dә axmaqdır.
             Qüruba enәn günәş tezliklә dağların arxasında gizlәndi.
          Qonaqlar süfrәdәn qalxıb, hәrә bir işlә mәşğul olmağa başladı:
          kişilәr Filippo ilә kart oynamağa getdilәr, kәndlilәr öz işinin
          başına keçdi, qadınlar isә süfrәni yığışdırmağa girişdi. Qab-
          qacağı su quyusunun yanında yuduqdan sonra onları Filipponun
          ailәsinin qaldığı evә apardım. Evin ikinci mәrtәbәsinә qalxan
          pillәkәn çöldәn qoyulmuşdu. Otağa girәndә tәәccübümü gizlәdә
          bilmәdim: Filippo vә dostları elә döşәmәdәcә oturub kart
          oynayırdılar. Bükülüb küncә qoyulmuş döşәklәrdәn vә iri tor-
          balardan savayı, otaqda mebel adına heç nә yox idi. Etiraf
          etmәliyәm ki, Filippo öz işini çox ehtiyatlı tutmuşdu: dümağ
          tozla örtülmüş buğda unu torbaları, sarı toz basmış qarğıdalı
          unu torbaları yan-yana düzülmüşdü. Nisbәtәn kiçik torbalarda,
          yәqin ki, paxla, noxud vә mәrci saxlayırdı. Elә oradaca çoxlu
          konserv qutuları qalaqlanmışdı, tomat konservlәrinin sayı-
          hesabı yox idi; pәncәrә taxtasından bir cüt donuz budu qaxacı
          asılmışdı, kisәlәrin üstündә isә iki baş pendir vardı. Әridilmiş
          piy, zeytun yağı vә şәrab dolu küpәlәr kağızla örtülmüşdü, ta-
          vandan salxım-salxım ev sosiskaları asılmışdı. Bir sözlә, o,
          özünә әsl әrzaq anbarı düzәltmişdi, әn pis vaxtlarda belә,
          әlinin altında un, yağ, tomat varsa, özünә bir boşqab tomatlı
          әriştә hazırlaya bilәrsәn. Dediyim kimi, Filippo dostları ilә


                                                              85
   80   81   82   83   84   85   86   87   88   89   90