Page 82 - alberto moravia_Макет 1
P. 82

Alberto Moravia


            bol yeyib-içmәlisәn. Filipponun iridöşlü, solğunbәnizli arvadıyla
            yanaşı oturmuşdum, dediyim kimi, o, xәstәyә oxşayırdı. Yazıq
            qadın, tәhәr-tövründәn hiss olunurdu ki, özünü pis hiss elәyir,
            şәnlәnmәk, deyib-gülmәk halında deyil.
                – Evimizdә hәmişә, әn azından, 40 yumurta, altı donuz
            budu, o qәdәr dә kolbasa, on iki baş pendir olur… Bir dәfә o
            qәdәr donuz piyi yemişdik ki, ürәyim bulandı, bir parça piy
            mәdәmdәn ağzıma gәldi, elә bil ağzımda iki dil vardı…
                Qadın bütün bunları mәndә xoş tәәssürat yaratmaq üçün
            deyirdi. Bir sözlә, onlar sadә, adi kәndlilәr idi, bilmirdilәr ki,
            şәhәrli sinyorlar, xüsusilә dә qadınlar çox az yeyirlәr, pullarını
            әsasәn qiymәtli zinәt әşyalarına, pal-paltar almağa, ev şәraitini
            yaxşılaşdırmağa xәrclәyirlәr. Bu adamlar isә sәfil kimi
            geyinmәlәrinә baxmayaraq, evlәrindәki kolbasa vә donuz piyi
            ilә öyünürdülәr. Necә ki romalı sinyoralar özlәrinin axşam
            paltarları ilә öyünür…
                Filippo hamıdan çox içirdi, әvvәla, özünün dediyi kimi,
            toyunun ildönümü idi, ikincisi dә, boğazını yaşlamağı xoşlayırdı.
            Sonralar onu tez-tez sәrxoş görürdüm; günün istәnilәn vaxtında,
            hәtta bәzәn sәhәr saat doqquzda, parlayan gözlәrindәn, qızarmış
            burnundan bәlli olurdu ki, artıq nәşәlidir. Ziyafәtin qızğın
            vaxtında Filippo, bәlkә dә, sәrxoş olduğuna görә, birdәn-birә
            ürәyini açmaq fikrinә düşdü:
                – Görün nә deyirәm, – o, stәkanı әlindәn qoymadan sözә
            başladı, – müharibә yalnız axmaqlara sәrf elәmir. Bilirsiniz,
            mәn öz dükanımdakı kassanın üstünә nә yazmaq istәyirәm?
            “Burada axmaq yoxdur”. Neapolda da, bizdә dә tez-tez belә
            deyirlәr vә bu, әsl hәqiqәtdir. Mәn axmaq deyilәm, heç vaxt
            da olmayacağam, çünki bu dünyada insanlar yalnız iki kate-
            qoriyaya bölünür: axmaqlar vә ağıllılar. Bunu hamı bilir vә
            heç kim özünü birinci kateqoriyaya aid etmәk istәmir. İnsan
            bәzi mәsәlәlәrin mahiyyәtinә varmalı vә imkan vermәmәlidir
            ki, başqaları onu barmağına dolasın.  Axmaqlar qәzetlәrdә
            yazılanlara inanır, vergi verir, müharibәyә gedir vә hәtta hәlak

              82
   77   78   79   80   81   82   83   84   85   86   87