Page 79 - alberto moravia_Макет 1
P. 79
Çoçara
O vaxtlar nә onun, nә dә mәnim ağlıma gәlmirdi ki,
cibimizdәki pullar tezliklә qiymәtdәn düşәcәk, bir ailәnin bir
il rahat xәrclәyә bilәcәyi pul-para heç bir aya kifayәt etmәyәcәk.
– İngilislәr gәlәnә kimi burada qalarıq. Narahat olma, heç
nәdәn korluq çәkmәyәcәyik… ingilislәr şәrab, zeytun yağı,
un, paxla gәtirib gәlәcәklәr, hәr şey bol olacaq… Heç nә
olmamış kimi, yenidәn ticarәtlә mәşğul olacağıq.
Nәzakәt xәtrinә soruşdum ki, bәs müharibәni almanlar
udsa necә?
– Bizә nә? – o, cavab verdi, – ingilis, alman – hamısı
birdir, tәki hansı birisә qәlәbә çalsın, tәki bizim işimiz getsin.
Onun ucadan, qәtiyyәtlә dediyi sözlәr maçeranın kәnarında
dayanıb Fondiyә tamaşa elәyәn oğlunu özündәn çıxardı; o,
ilan vurmuş kimi, qәfildәn arxaya döndü:
– Sәnin üçün, bәlkә dә, fәrqi yoxdur, ancaq mәnә gәlincә,
müharibәni almanlar udsa, özümü öldürәcәyәm.
Oğlan o qәdәr ciddi danışırdı ki, istәr-istәmәz tәәccüblәndim:
– Almanlar sәnә neylәyiblәr ki?
O, mәnә әyri-әyri baxıb dedi:
– Şәxsәn mәnә heç nә… Ancaq sualıma cavab ver: әgәr
kimsә sәnә әmr etsәydi ki, bir zәhәrli ilan götür, ona evindә
qulluq elә, buna nә cavab verәrdin?
Tәәccüblә dedim:
– Heç nә, evimdә ilan saxlamağa razı olmazdım…
– Bәs niyә? Axı zәhәrli ilan sizә heç nә elәmәyib, elә deyil?
– Elәdir, amma uşaq da bilir ki, zәhәrli ilan gec-tez adamı
sanca bilәr.
– Mәn dә onu deyirәm dә! Mәn bilirәm ki, almanlar, daha
doğrusu – nasistlәr şәxsәn mәnә heç nә elәmәyiblәr, amma
bugün-sabah ilan kimi sancmağa başlayacaqlar.
Söhbәtimizi sәbirsizliklә dinlәyәn Filippo qışqırmağa
başladı:
– Әylәşin, әylәşin… almanlar, ingilislәr barәdә nә qәdәr
danışmaq olar? Şorba soyuyur…
79