Page 76 - alberto moravia_Макет 1
P. 76

Alberto Moravia


            bu dağın adıyla çox maraqlanırdım. Mәnә elә gәlirdi ki, bu,
            çox ifadәli addır. Tez-tez anamdan soruşurdum: doğrudanmı
            bu dağda pәrilәr yaşayır? Anam hәr dәfә cavab verirdi ki,
            orada pәri-filan yoxdur, heç vaxt da olmayıb, dağı isә, Allah
            bilir, niyә belә adlandırırlar. Onda anama inanmırdım, indinin
            özündә belә, yekә qızımın olmasına baxmayaraq, Tommazinoya
            da eyni sualı vermәkdәn özümü güclә saxladım.
                Yaxşı, bu barәdә danışdıq, yetәr. Yolumuzun üstündә kiçik
            bir әkin sahәsi gördük. Sahәnin ortasında kotana qoşulmuş
            öküz vә kotan sürәn bir kәndli vardı.  Tommazino әllәrini
            rupor kimi ağzına tutub qışqırdı:
                – Ey, Paride!
                Kәndli kotanın arxasında bir-iki addım atıb öküzü saxladı
            vә tәlәsmәdәn bizә yaxınlaşdı. Ortaboylu, ancaq bütün
            çoçariyalılar kimi möhkәm bәdәnli bir kişi idi, kiçik sivri
            burnu, azca irәliyә çıxmış çәnәsi onun bu yerlәrdә böyüyüb
            boya-başa çatdığını göstәrirdi. Nazik dodaqlarına baxanda
            adama elә gәlirdi ki, heç vaxt gülümsәmәyib.  Tommazino
            başıyla bizә işarә edib dedi:
                – Paride, bu sinyoralar Romadan gәliblәr, burada qalmaq
            üçün ev axtarırlar… çox yox, ingilislәr gәlәnә kimi qala-
            caqlar.
                Paride qara kepkasını başından götürdü, heç nә ifadә
            etmәyәn, gün işığından qamaşan gözlәrini bizә zillәdi – öküzlә
            vә kotanla bütün günü sahәdә işlәyәn kәndlilәr adama mәhz
            belә diqqәtlә baxırlar. Sonra hәvәssiz-hәvәssiz dedi ki, buralarda
            boş ev yoxdur, olanları da çoxdan kirayә veriblәr, bir sözlә,
            bizә kömәk elәyә bilmәz. Bunu eşidәn kimi Rozettanın sifәti
            tutuldu, ancaq mәn kefimi pozmadım: pulum çox idi, bilirdim
            ki, әvvәl-axır bu pulla hәr şeyi yoluna qoyacağam. Elә dә
            oldu. Tommazino sәrt sәslә dedi:
                – Ey, Paride, sinyoralar kirayә pulunu ödәyәcәklәr, narahat
            olma… Minnәt qoymaq lazım deyil, pulunu nağd ödәyәcәklәr.


              76
   71   72   73   74   75   76   77   78   79   80   81