Page 73 - alberto moravia_Макет 1
P. 73

Çoçara


             – Pulun gücünü görürsәn, Rozetta?
             – Bizә Madonna kömәk elәdi, ana, – Rozetta cavab verdi, –
          әminәm ki, o, hәmişә bizә kömәk elәyәcәk.
             Heç nә demәdim, bilirdim ki, Rozetta inanclıdır, hәr gün
          sәhәr yuxudan ayılanda vә axşamlar yatmağa hazırlaşanda
          dua elәyir. Bunu ona özüm öyrәtmişdim, çünki köhnә adәtimiz
          idi. Ancaq mәn Madonnanın bizә kömәk elәdiyinә inanmırdım,
          çünki Tommazino sadәcә mәnim pullarıma tamahsılanmışdı,
          bu pulları isә mәn müharibә vә aclıq şәraitindә, möhtәkirliklә
          qazanmışdım. Bәlkә, Madonna özü istәyir ki, müharibә vә
          aclıq olsun? Amma bu, onun nәyinә lazımdır axı? Günahlarımıza
          görә bizi cәzalandırmaq istәyir?
             Çörәklә kolbasanı yedikdәn sonra Tommazinonun verdiyi
          kirli mәlәfәnin üstünә uzandıq. Sәhәr tezdәn oyanmışdıq.
          Yuxusuzluqdan key kimi idik, elә bil acqarına çaxır içmişdik – Tom-
          mazino qayıdanda hәlә yatırdıq, o, şәn sәslә hay-küy salı, bizi
          oyatdı:
             – Qalxın, vaxtdır, yola çıxmalıyıq, qalxın.
             Tommazinonun üz-gözündәn mәmnunluq yağırdı, yәqin,
          bizdәn qazanc götürәcәyinә sevinirdi. Yerimizdәn qalxıb onun
          ardınca evdәn çıxdıq. Körpünün yanındakı otluqda balaca,
          boz bir Sardiniya eşşәyi gördük.  Tommazino bağlamaların
          hamısını yazıq eşşәyin belinә yüklәdi, çamadanlarımızı isә
          yükün üstünә qoydu. Yola düşdük; Tommazino bir әlinә çubuq
          götürmüşdü, o biri әliylә eşşәyin yüyәnini dartırdı. O,
          şәhәrlilәrsayağı geyinmişdi – әynindә qara pencәk, zolaqlı
          qara şalvar vardı, başına şlyapa qoymuşdu, ancaq qalstuk
          taxmamışdı. Geydiyi әsgәr çәkmәlәrindәn çirk yağırdı. Rozettayla
          onun arxasınca gedirdik.
             Dağın әtәyindәki әyri-üyrü yolla xeyli irәlilәdikdәn sonra
          daş-kәsәkli, tozlu, nahamar, kәnarlarında tikanlı kollar sıralanan
          cığıra düşdük. Cığırla üzüyuxarı dağa dırmaşmağa başladıq
          vә tezliklә kiçik bir vadiyә gәlib çatdıq. Dağların arasında


                                                              73
   68   69   70   71   72   73   74   75   76   77   78