Page 68 - alberto moravia_Макет 1
P. 68

Alberto Moravia


            qulağımız batmışdı – mәnә elә gәlirdi ki, o, qeyzlә mәhz
            bizim arxamızca düşüb. Yolun sonuna çatar-çatmaz tәyyarә
            qovaq ağacları üzәrindә qәfildәn yüksәlmәyә başladı vә tezliklә
            dağın yamacına sarı istiqamәt götürәrәk uzaqlaşdı. İndi o,
            günәşli havada dövrә vuran milçәyә oxşayırdı. Rozettanı
            qucaqlayıb, yerdә uzanmışdım. Qızımı arxamca qarğıdalı
            zәmisinә doğru çәkәrkәn, onun yolda әlindәn saldığı çamadana
            baxırdım.  Tәyyarә yolun üstündәn uçub keçәrkәn havada
            çınqılların uçuşduğunu, kiçik topalarla duman qalxdığını
            görmüşdüm. Tәyyarә tamamilә gözdәn itib, gurultusu kәsilәndәn
            sonra yola çıxdım vә gördüm ki, çamadan dәlmә-deşikdir,
            әtrafa çeçәlә barmağım boyda gilizlәr sәpәlәnib. Onda başa
            düşdüm ki, tәyyarә bizi hәdәfә götürübmüş, çünki yolda
            bizdәn savayı, heç kim yox idi.
                “Başıma xeyir” – öz-özümә fikirlәşdim, müharibәyә nifrәt
            hissi bütün varlığımı çulğadı. Axı tәyyarәçi bizi tanımırdı,
            Allah bilir, bәlkә dә, Rozettanın yaşıdıdır, yaxşı oğlandır,
            ancaq müharibә gedir deyә bizi öldürmәk istәyir. Özü dә elә-
            belә, әylәnmәk xәtrinә öldürmәk istәyir. O, meşәlikdә öz
            itiylә gәzişәn, heç olmasa, sәrçә vurmaq ümidiylә ağaclara
            bәxtә-bәxt atәş açan ovçuya bәnzәyirdi.
                Hә, Rozettayla mәn sәrçәyә oxşayırdıq, sanki ova çıxmış
            hansısa avara heç bir ehtiyacı olmadan öldürdüyü quşlara
            mәhәl qoymayıb, bizi dә mәhv etmәk istәyirdi. Yenidәn yolla
            addımlamağa başladıq.
                – Ana, – Rozetta bir müddәt susandan sonra dillәndi, – bәs
            deyirdin kәnddә müharibә yoxdur… Bu tәyyarәçi bizi öldürmәk
            istәyirdi axı.
                – Sәhv elәmişәm, qızım. Hәr yerdә müharibә gedir: kәnddә
            dә, şәhәrdә dә.









              68
   63   64   65   66   67   68   69   70   71   72   73