Page 70 - alberto moravia_Макет 1
P. 70

Alberto Moravia


            müştәrilәrindәn biri dә mәn idim, son iki hәftәdә ondan çox
            şeylәr almışdım. Ancaq Tommazino hәr şeydәn şübhәlәnәn,
            heç kәsә etibar etmәyәn birisi idi. Heç salamımı da almadı.
            Yanımıza çatan kimi ona dedim:
                – Tommazino, biz Konçettanın evindәn çıxdıq, bizә kömәk
            elә, çünki hara gedәcәyimizi bilmirik.
                O, körpünün mәhәccәrinә dirsәklәndi, bir ayağını daşın
            üstünә qoydu, sonra cibindәn daha bir portağal çıxarıb dişlәdi,
            qabığını düz mәnim üzümә tüpürdü:
                – Bu, asan mәsәlә deyil. İndiki çәtin zәmanәdә ümid
            yalnız Allahadır, hәr kәs öz başını saxlamalıdır. Mәn sәnә
            necә kömәk elәyә bilәrәm?
                – Buralarda elә bir kәndli tanıyırsanmı ki, ingilislәr
            gәlәnәcәn bizә sığınacaq versin?
                – Yox, tanımıram, – dedi, – bildiyim qәdәr, bütün evlәr tu-
            tulub. Ancaq dağlara doğru getsәn, bәlkә dә, samanlıqdan, ko-
            madan-zaddan bir şey taparsan.
                – Yox, – dedim, – ora özüm getmәyәcәyәm. Sәnin qardaşın
            dağlarda yaşayır, oradakı kәndlilәri dә sәn tanıyırsan, bizi on-
            lardan birinin yanına göndәr.
                Cavabında o, yenә dә portağalı dişlәyib, qabığını üzümә
            tüpürdü.
                – Yerindә olsaydım, bilirsәn neylәyәrdim?
                – Neylәyәrdin?
                – Romaya qayıdardım. Әn yaxşısı budur.
                Başa düşdüm ki, bizә kömәk elәmәk fikrindә deyil: çünki
            elә bilir, pulumuz yoxdur, onun dini-imanı isә yalnız pul idi,
            pulsuz tükü dә tәrpәnmәz. Ona heç vaxt demәmişdim ki,
            üstümdә böyük mәblәğdә pul gәzdirirәm, ancaq deyәsәn,
            bunu demәyin vaxtı çatmışdı. Ona etibar etmәk olardı, çünki
            necә deyәrlәr, torpağımız eyni yerdәn götürülmüşdü: Fondidә
            onun әrzaq dükanı vardı, demәli, o da mәnim kimi dükançı
            idi. İndi isә alverlә mәşğul olurdu. Necә ki, mәn Romada


              70
   65   66   67   68   69   70   71   72   73   74   75