Page 66 - alberto moravia_Макет 1
P. 66
Alberto Moravia
yaşayırdı. Göydәn yağan bombalara, pulemyot atәşinә mәhәl
qoymadan, gözü gördüyü hәr şeyi müsadirә elәyәn faşistlәrdәn
gizlәnә-gizlәnә alver elәyir, yaxşı da qazanırdı. Nә deyim, pul
qorxaqları da cәsarәtlәndirir: Tommazino da belә qorxaqlardan
biriydi.
Şam işığında çamadanlarımızı yığdıq vә elә pal-paltarlı
samanlıqda uzandıq. Yatmağımız dörd saatdan çox çәkmәdi;
Rozetta yuxudan güclә ayıldı: cavanlar ölü kimi yatır, bütün
günü qulaqlarının dibindә orkestr çalsa da, oyanmazlar. Ancaq
mәn artıq cavan deyildim, o qәdәr dә bәrk yatmırdım, qaçqın
düşәndәn sonra isә qayğılarım o qәdәr çoxalmışdı ki, yuxumu
itirmişdim. Xoruzlar banlayanda hava hәlә işıqlaşmamışdı.
Ancaq xoruzlar sәhәrin gәlişini hiss edir; onların sәsi әvvәlcә
uzaqdan, vadi tәrәfdәn eşidildi, sonra sәslәr get-gedә
yaxınlaşmağa başladı vә nәhayәt, Vinçensonun hinindә dә
xoruzlar banladı. Qalxıb Rozettanı silkәlәmәyә başladım. O,
gözünü açmaq istәmir, yuxulu-yuxulu tәkrarlayırdı:
– Nәdi, nolub? Nә istәyirsәn? – sanki Romadakı evimizdә
yox, Fondidә, Konçettagildә olduğumuzu unutmuşdu. Romada
biz heç vaxt saat yeddidәn tez oyanmırdıq.
Nәhayәt, Rozetta oyandı, ancaq hәlә dә donquldanırdı.
– Günortayacan yatmaq fikrindәsәn? – ona dedim. –
İstәyirsәn sәni qaraköynәkli adamlar gәlib oyatsın?
Evdәn çıxmamış pәncәrәdәn hәyәtә göz gәzdirdim.
Hәyәtdәki otluğa әncir sәrmişdilәr; Konçetta qarğıdalı dolu
sәbәti yaxınlıqdakı stulun üstünә qoymuşdu. Otluğun o tәrәfindә
evin, suvağı qopub tökülmüş divarı görünürdü. Әrtafda ins-
cins yox idi. Rozettayla mәn, Monte San Biadjo stansiyasından
bura gәlәrkәn etdiyimiz qaydada, çamadanları başımıza alıb,
samanlıqdan çıxdıq vә portağal ağaclarının arasıyla qaça-qaça
uzaqlaşdıq.
Hara getmәk lazım olduğunu bilirdim; portağal bağından
yola çıxıb, Fondi düzәnliyinin şimalındakı dağlara üz tutduq.
Sәhәr yenicә açılırdı, mәn Romadan qaçdığımız sәhәri xatırladım
66