Page 62 - alberto moravia_Макет 1
P. 62

Alberto Moravia


                – Konçettanın әmisi uşağıyıq, Vallekorsadan gәlmişik.
                Konçetta sözümü havada tutdu:
                – Hә, hә, әmim qızlarıdır, qanımız birdir, bizdә qalmağa
            gәliblәr, mәlum mәsәlәdir: qan qohumlarıyıq.
                Ancaq bu dәlillәr Meymunu qane etmәdi, deyәsәn,
            göründüyündәn daha ağıllı idi.
                –  Vallekorsada qohumlarının olduğunu bilmirdim, bәs
            deyirdin Minturnoda doğulmusan. Bu gözәl qızın adı nәdir?
                –  Adı Rozettadır, – Konçettanın әvәzinә özüm cavab
            verdim.
                O, çaxır stәkanını başına çәkib yerindәn qalxdı vә bizә
            yaxınlaşdı:
                – Sәn mәnim xoşuma gәlirsәn, Rozetta. Bizә yemәk
            bişirmәyi, sәliqә-sahman yaratmağı bacaran bir xadimә lazımdır.
            Bizimlә getmәk istәyirsәn?
                Bu sözlәri deyәrkәn әlini uzadıb Rozettanın çәnәsindәn
            tutdu. Dәrhal onun әlindәn vurub, ucadan sәslәndim:
                – Әlini çәk!
                O, tәәccüblә gözlәrini bәrәltdi:
                – Nәdir, nә olub?
                – Heç nә, әlini qızıma vurma.
                O, silahını ayağa çәkib mәnә tuşladı, hәyasızcasına çığır-
            bağıra başladı:
                – Bilirsәn kiminlә danışırsan? Әllәr yuxarı!
                Heç tövrümü pozmadan tüfәngin lülәsini özümdәn
            kәnarlaşdırdım, elә bil tüfәng yox, taxta qaşıq idi.
                – Qulağının dibini görәrsәn, – nifrәtlә dedim, – әlimi
            qaldıran deyilәm. Elә bilirsәn, sәnin tüfәngindәn qorxuram?
            Bilirәm, tüfәng nәyinә lazımdır: kәndlilәrdәn çaxır, әncir
            qurusu qoparmaq üçün. Kor deyilәm ki, sәnin dilәnçi olduğunu
            görmәyәm.
                O qәzәblәnib özündәn çıxmaq әvәzinә, birdәn-birә sakitlәşdi
            vә gülә-gülә yoldaşına dedi:
                – Bәlkә, onu güllәlәyәk, nә deyirsәn?
                – Arvad xeylağıdır, baş qoşma, – o biri faşist çiyinlәrini
            çәkib mızıldandı.

              62
   57   58   59   60   61   62   63   64   65   66   67