Page 57 - alberto moravia_Макет 1
P. 57

Çoçara


          buraya köçürülmüşdü. Elә yoldaca alver elәyәn insanların
          arasında tәzә yumurta, meyvә-tәrәvәz, әt, hәtta balıq satan
          kәndli arvadlar da vardı. Hәr şey od qiymәtinә idi, onlarla
          sövdәlәşib qiymәti aşağı salmaq istәyәndә isә deyirdilәr:
             – Get, get öz pullarını ye, mәnsә yumurta yeyәrәm.
             Bilirdilәr ki, hәr yanı aclıq bürüyüb, pul gündәn-günә
          ölür, odur ki, hәr şeyi beşqat bahasına satırdılar. Buna baxma-
          yaraq, bazardan bәzi şeylәr alırdım, ancaq Konçettanın ailәsinә
          dә pay ayırmalı olurdum. Pullarım getdikcә әriyirdi, istәr-
          istәmәz narahat olmağa başlamışdım.
             Çıxıb getmәk istәyirdik, amma hara? İngilislәr dә gәlib
          çıxmaq bilmirdi. Konçettaya dedim ki, biz arabayla, araba
          tapmasaq, ayaqla ata-anamın yaşadığı kәndә getmәk istәyirik.
             – Әlbәttә, belә daha yaxşı olar, – o, mәnim sözlәrimi
          sevinclә qarşıladı, – adam yalnız öz evindә rahat nәfәs alır.
          Doğma ananı heç kim әvәz elәyә bilmәz. Onsuz da, burada
          heç nә ürәyincә deyil: minestrinanı xoşlamırsan, üstәlik,
          taxtabiti… Ata evindә isә nә taxtabiti vecinә olacaq, nә mines -
          trina. Niyә dә yox? Sabah Rozario sizi aparar.
             Sadәlövhcәsinә ertәsi günü, Rozarionun hardansa qayıdıb
          gәlmәyini gözlәmәyә başladıq. Rozario isә çox pis xәbәrlәr
          gәtirdi: faşistlәr yolda gördüklәri hәr kәsi hәbs edir, ingilislәr
          hәr yeri bombalayır, amerikalı paraşütçülәr onlara kömәk
          elәyir, qarışıqlıq, aclıq, sәfalәt hökm sürür; tezliklә almanlarla
          ingilislәr arasında müharibә başlayacaq, özü dә mәhz atam
          evinin yerlәşdiyi әrazilәrdә.  Alman komendaturası bәyan
          etmişdi ki, sakinlәrin hamısı kәnddәn çıxarılıb, Frozinon
          yaxınlığındakı hәbs düşәrgәsinә aparılıb. Rozario әlavә etdi
          ki, yola çıxmaq çox tәhlükәlidir, alçaqdan uçan tәyyarәlәr in-
          sanlara pulemyotlardan atәş açır; cığırlarla getmәk barәdә isә
          düşünmәyә dәymәz, çünki dağlar fәrarilәrlә, adamı heç nәyin
          üstündә öldürәn quldurlarla doludur. Onun sözlәrindәn belә
          çıxırdı ki, ingilislәri elә buradaca, Fondidә gözlәmәk daha
          sәrfәlidir; çox gözlәmәli olmayacağıq, ona görә ki, müttәfiqlәrin


                                                              57
   52   53   54   55   56   57   58   59   60   61   62