Page 55 - alberto moravia_Макет 1
P. 55
Çoçara
Söz verdim ki, tezliklә buradan gedәcәyik, çünki, doğrudan
da, pis yaşayırdıq. Elә pis yaşayırdıq ki, indi o vaxtları yadıma
salanda әminliklә deyә bilәrәm: heç vaxt heç yerdә Konçettanın
evindәki kimi bәrbad güzәranımız olmayıb. Düzdür, o,
evlәnәndәn bu yana әriylә yatdığı yorğan-döşәyi bizә vermişdi…
Konçetta kimi, mәn dә kәndli qızıyam, ancaq ömrümdә belә
çirkli yorğan-döşәk görmәmişdim. Otağın iy-qoxusuna dayanmaq
olmurdu, adamın nәfәsi tutulurdu. Pәncәrәlәri açıq saxlasaq
da, tarakanların, sidiyin qoxusu baş gicәllәndirirdi. Bir dәfә
bu üfunәtin haradan yayıldığını öyrәnmәk üçün otağı әlәk-
vәlәk elәyib, dolabda iki küpә tapdım. Hündür, darboğazlı,
üzәrinә gözәl güllәr çәkilmiş çini küpәlәr qulpsuz vazalara
oxşayırdı. Sәn demә, iy-qoxu içәrisi heç vaxt tәmizlәnmәyәn
bu küpәlәrdәn gәlirmiş. Küpәlәri otaqdan çıxarıb, qapının
arxasına qoydum. Bunu görәn Konçetta üstümә hücum çәkdi,
az qala, mәni döyәcәkdi. Dedi ki, bu küpәlәr anasının yadigarıdır
vә onlar olduğu yerdә qalmalıdır.
Otaqda qaldığımız ilk gündәcә canımıza gicişmә düşdü,
gözümüzә yuxu getmәdi. İkiadamlıq çarpayının yırtıq-yamaq
döşәyinin pambığı altımızda yumrulanır, batır, әcaib sәslәr
çıxarırdı, üzlüyü isә elә nazik idi ki, hәr an yırtıla bilәrdi.
Rozetta yerindә qurcuxur, gah o üzünә, gah bu üzünә çevrilirdi.
Axırda şam yandırıb, onun üzәrinә әyildim. Şamın titrәk
işığında bir deyil, iki deyil, bir sürü taxtabiti gördüm. Bir neçә
saatdır qanımızı soran iri, tünd-qırmızı taxtabitilәr qaçıb
dağılışmağa başladı. Çarpayını taxtabiti basmışdı, doğru
sözümdür, indiyәcәn bu qәdәr taxtabiti görmәmişdim. Romada
döşәkdәn nadir hallarda bir-iki taxtabiti tapırdım. O dәqiqә dә
döşәyin üzlüyünü dәyişdirirdim. Burada isә taxtabitinin sayı-
hesabı yox idi, onlar bütün otağı başına götürmüşdü.
Sәhәr şifonerin güzgüsündә özümüzә baxdıq: dәrimiz
başdan-başa suluqlamış, bәdәnimiz sәpmişdi, pis dәri xәstәliyinә
yoluxmuş adamlara oxşayırdıq. Konçettanı çağırıb, çarpayıda
55