Page 50 - alberto moravia_Макет 1
P. 50

Alberto Moravia


            onu başa düşdü ki, mәn sәxavәt kisәmin ağzını açmağa
            hazıram. Sonradan öyrәndim ki, ağıldankәmdir, onu zәhmәtsiz
            gәlirdәn savayı, heç nә düşündürmür. Ancaq bu adam asan
            qazanc mәsәlәsindә dә naşıydı – dediklәrimi çәtinliklә başa
            düşür, elә hey tәkrarlayırdı:
                – Otağımız yoxdur… pulunu verәcәksәn? Nәylә?
                Onun yanında әtәyimi qaldırıb, pulu çıxarmaq istәmirdim,
            ehtiyat edirdim – bu qarışıq zәmanәdә oğrular, qatillәr meydan
            sulayırdı. Kişinin sir-sifәtindәn isә quldurluq yağırdı. Bir
            müddәt belәcә, onu әmin etmәyә çalışdım ki, narahat olmasın,
            pulunu verәcәyәm.  Ancaq nә illah elәdim, kişiyә qandıra
            bilmәdim. Rozetta qolumdan çәkib, pıçıltıyla deyirdi ki, çıxıb
            getsәk yaxşıdır.  Ancaq xoşbәxtlikdәn, elә bu vaxt kişinin
            arvadı gәlib çıxdı. Alçaqboylu, çәlimsiz qadın әrindәn xeyli
            cavan idi, alışıb-yanan gözlәri oyur-oyur oynayırdı. O, bizim
            nә istәdiyimizi dәrhal başa düşdü:
                – Otaq istәyirsiniz, әlbәttә, әlbәttә! Biz artırmada, ya da
            samanlıqda yatarıq, öz otağımızı sizә verәrik. Yemәyimiz dә
            var, birgә şam elәyәrik. Düzdür, sadә kәndli yemәyidir…
                Kişi kәnara çәkilib mısmırığını sallamışdı. O, indi yemәkdәn
            qalmış, narazı-narazı gözünü qırpan xәstә hindtoyuğuna
            oxşayırdı. Qadın qolumdan yapışıb dil-boğaza qoymurdu:
                – Gedәk otağınızı göstәrim, gedәk, gedәk, öz yorğan-
            döşәyimi sizә verәcәyәm. Әrimlә mәn artırmada yatarıq.
                O, bizi pillәkәnlә ikinci mәrtәbәyә apardı.
                Belәcә, Konçettanın (qadının adı Konçetta idi) yanında
            qalmağa başladıq. Әri Vinçenso ondan iyirmi yaş böyük idi.
            Onlar şәhәrdәn qaçıb, dağ kәndlәrindәn birinә pәnah gәtirmiş
            ticarәtçi Festa ilә yarılığa işlәyәn kәndlilәr idi. Rozario vә
            Cüzeppe adlı iki oğulları vardı; ikisi dә qaraşın, kobud üz
            cizgilәri olan, daralınlı cavanlar idi. Çox az danışır, ümumiyyәtlә,
            evdә az-az görünürdülәr. Bunun da sәbәbi vardı, onlar burada
            gizlәnirdilәr: İtaliya müharibәdәn çıxanda ordudan qaçmış,


              50
   45   46   47   48   49   50   51   52   53   54   55