Page 54 - alberto moravia_Макет 1
P. 54

Alberto Moravia


                Ancaq Konçettaya demәyә ürәk elәmәsәm dә, onların
            oğullarının arabanı boşaltdığı sәhnәni xatırlayıb fikirlәşdim:
            “Әlbәttә! Bir dәfә oğurladın, ya beş dәfә, nә fәrqi var?”
                Ev sahiblәrinin әliәyri adamlar olduğunu görüb, buradan
            getmәk barәdә düşünmәyә başladım. Әtәyimin altında xeyli
            pul gizlәtmişdim, istәnilәn yerdә qabağımızı kәsib, bizi qarәt
            elәyә bilәrdilәr. Qanunların işlәmәdiyi, karabinerlәrin olmadığı
            bir vaxtda iki qadın xeylağına kim qahmar çıxacaqdı? Gizlәtdiyim
            pullar barәdә Konçettaya heç nә demәmişdim. Ancaq otağın
            vә yemәyin pulunu vaxtı-vaxtında ödәyirdim vә әlbәttә,
            Konçetta çoxdan başa düşmәliydi ki, mәnim saxlancım var.
            Bu gün yiyәsiz qalmış әşyaları götürәn adamlar sabah mәnim
            pullarımı da oğurlaya bilәr, özümü dә öldürәrdilәr. Oğullar
            quldur, ailә başçısı ağıldankәm, Konçettanın özü isә dәlibaş –
            belә ailәdәn nә desәn, gözlәmәk olardı. Evlәri Fondidәn
            uzaqda olmasa da, portağal bağlarının arasında, xәlvәt yerdәydi:
            burada adamı kәsib doğrasalar da, heç kәs xәbәr tutmazdı.
            Doğrudur, pis sığınacaq deyildi, ancaq burada bıçaq yarasından
            ölmәkdәnsә, açıq havada başına bomba yağsa yaxşıdır. Elә
            hәmin axşam yatağa uzananda Rozettaya dedim:
                – Bunların hamısı quldurdur. Bәlkә, bizә heç nә elәmәzlәr,
            amma bilmәk olmaz, ikimizi dә öldürüb, portağal ağaclarının
            altında basdıra bilәrlәr.
                Bunu ürәyimi boşaltmaq üçün dedim, ancaq o dәqiqә dә
            dediyimә peşiman oldum, çünki Rozetta Romadakı bombard-
            mandan hәlә dә özünә gәlmәmişdi. Qız qorxudan әsә-әsә
            mәnә qısılıb pıçıldadı:
                – Qorxuram, ana. Gәl elә bu saat çıxıb gedәk buradan.
                Başa saldım ki, bunlar yalnız mәnim tәxminlәrimdir:
            müharibәdir dә, neylәyәsәn? Vinçenso da, Konçetta da, onların
            oğulları da, әlbәttә ki, dürüst adamlardır. Amma, deyәsәn, onu
            inandıra bilmәdim.
                – Fәrqi yoxdur, gedәk buradan, gör nә gündә yaşayırıq…


              54
   49   50   51   52   53   54   55   56   57   58   59