Page 59 - alberto moravia_Макет 1
P. 59
Çoçara
Bu söhbәtlәr mәndәn çox, Rozettaya pis tәsir edirdi: onu
әsmәcә tutur, rәngi avazıyırdı. Bir dәfә Konçettanın oğullarına
dedim:
– Qızımın yanında belә şeylәr danışmayın, qızlara belә-
belә şeylәr danışmazlar.
Sözümә etiraz etsәydilәr, hәtta söyüş söysәydilәr belә,
narahat olmazdım, ancaq onların Rozettaya ehtiraslı baxışlarından
әmәlli-başlı qorxuya düşdüm. Konçetta isә bunu görüb, mәni
sakitlәşdirmәyә çalışdı:
– Düzdür, oğullarım dәlisovdurlar, amma sәn, Çezira,
qızına görә narahat olma. Oğullarım sәnin qızına toxunmazlar.
Siz bizim qonağımızsınız, qonaq isә müqәddәsdir. Elә bilin
ki, kilsәdәsiniz, burada sizә dәyib-toxunan olmaz.
Ancaq analarının and-aman elәmәsinә baxmayaraq,
oğlanların susması mәni qorxudurdu. Odur ki, kәndlilәrin
birindәn qatlanan bıçaq alıb, hәr ehtimala qarşı cibimdәki
pulların yanına qoydum. Bizә nәsә elәmәk fikrinә düşsәlәr,
onların qarşısında aciz qalmayacaqdım, hәtta lazım gәlsә,
bıçağı işә salacaqdım.
Gәlişimizdәn iki hәftә sonra baş verәn hadisә bu evi tәrk
etmәyimizi sürәtlәndirdi. Sәhәr tezdәn Rozettayla birgә evin
qarşısındakı otluqda әylәşib, elә-belә, vaxt keçirmәk üçün
qarğıdalı tәmizlәyirdik. Birdәn cığırla yaxınlaşan iki adam
gördük. Silahlarını vә pencәklәrinin altından çıxan qara
köynәklәrini görәn kimi kim olduqlarını başa düşdüm.
Konçettanın oğlu Rozario yaxınlıqda çörәklә soğan yeyirdi, o,
әlisilahlı adamları görәr-görmәz portağal ağaclarının arxasında
gizlәndi. Rozettanın qulağına pıçıldadım:
– Faşistlәrdir. Sәn sus, mәn danışacam.
İyulun 25-dәn sonra meydana çıxmış bu yeni faşistlәri
tanıyırdım, onları hәlә Romada görmüşdüm; hәmişә öz xeyrini
güdәn bu avaragor quldurlar hamının zәhlәsi gedәn qara
köynәk geyirdilәr. Ancaq Trastever vә Pontedә gördüyüm
faşistlәr iricüssәli, yanağından qan daman oğlanlar idi, bunlar
59