Page 56 - alberto moravia_Макет 1
P. 56

Alberto Moravia


            çılpaq oturmuş Rozettanı göstәrdim, bizә taxtabiti basmış
            yorğan-döşәk verdiyi üçün üzünü danlamağa başladım.
                – Düz deyirsәn, – o, hәmişәki kimi odlu-odlu cavab verdi, –
            çarpayıda taxtabiti var. Әlbәttә, yaxşı deyil, adamın ürәyini
            bulandırır.  Amma axı biz adi, yoxsul kәndlilәrik, sәnsә –
            şәhәrli sinyora: biz taxtabitilәrә öyrәşmişik, siz – ipәk mәlәfәlәrә.
                Haqlı olduğumu etiraf etsә dә, elә danışırdı ki, elә bil
            mәnimlә mәzәlәnir; sözünün axırında isә dedi ki, taxtabiti dә
            Allahın yaratdığı mәxluqdur, Allah onu elә-belә yaratmayıb
            ki… Sonda bildirdi ki, bizә qatır üçün ot saxladıqları samanlıqda
            yer salacaq. Burada da ot bәdәnimizә batırdı, cücülәr var idi.
            Ancaq yaxşı cücülәr idi, üstümüzә daraşsalar da, qanımızı
            içmirdilәr.
                Yaxşı başa düşürdüm ki, belә çox davam elәyә bilmәz.
                Bu evdә ürәkaçan heç nә yox idi: nә yemәyi yemәk idi, nә
            yatağı yataq. Konçetta çox pinti qadın idi, tәlәm-tәlәsik,
            başdansovdu iş görürdü, mәtbәxi çirk basmışdı, burada su da
            yox idi, sahibә heç vaxt heç nәyi yumurdu, qazanlar, boşqablar
            his-pas içindәydi. Hәr gün dә eyni yemәyi bişirirdi – Çoçariyada
            bunun adına “minestrina” deyirlәr: çörәyi xırda-xırda doğrayıb
            gil boşqaba qoyursan vә üstünә lobya hәlimi tökürsәn, vәssalam.
            Hәlim çörәyә hopub doğramaca çevrilәndәn sonra yemәyi
            soyuq-soyuq yeyirlәr. Minestrinadan zәhlәm gedirdi, Konçettanın
            hazırladığı yemәyin içindәn isә hәr dәfә milçәk, ya tarakan
            çıxırdı. Arvad hәtta bu sadә yemәyi dә hazırlaya bilmirdi. Biz
            kәndlisayağı eyni boşqabdan yeyir, qaşıqlarımızı yalayıb
            yenidәn sıyığa batırırdıq. Tәsәvvür edirsinizmi, hәr dәfә irad
            tutub deyәndә ki, yemәyin içindә ölü milçәklәr var, bu
            qanacaqsız qadın cavab verirdi:
                – Ye, ye. Milçәyin nә ziyanı var? Әtdir dә, dana әti kimi.
                Nәhayәt, Rozettanın bu iyrәnc yemәyә әl vurmadığını
            görüb, Konçettayla birgә yaxınlıqdakı bazara getmәyә başladım.
            Hәr şeyә әl qoyan, hәr şeyi müsadirә elәyәn faşistlәrin vә
            arası kәsilmәyәn bombardmanların ucbatından bazar şәhәrdәn

              56
   51   52   53   54   55   56   57   58   59   60   61