Page 53 - alberto moravia_Макет 1
P. 53
Çoçara
Konçetta yerindәn qalxıb, mәtbәxin divarını tıqqıldatdı.
Mәn dә onun kimi elәdim: divarın o üzündә bir boşluq hiss
etdim.
– Orada nә var? – soruşdum.
Konçetta şövqlә cavab verdi:
– Festanın әşyalarıdır, әsl xәzinәdir: qızının bütün cer-
cehizi, ev әşyaları – qab-qacaq, gümüş çәngәl-bıçaqlar,
mәlәfәlәr, adyallar, digәr qiymәtli şeylәr… hamısı buradadır.
Çox tәәccüblәnmişdim, çünki bütün bunlar mәnim üçün
gözlәnilmәz idi. Konçetta isә dil-boğaza qoymadan, eyni
hәvәslә izah etmәyә çalışırdı:
– Vinçensoyla Festa müqәddәs Covanni kimiydilәr: Festa
Vinçensonun oğlunun, Vinçenso isә Festanın qızının xaç atası
idi. Müqәddәs Covanninin birlәşdirdiyi bu adamlar qohum
kimiydilәr. Müqәddәs Covanniyә ürәkdәn inanan Festa bütün
var-yoxunu Vinçensonun mәtbәxindә divarların arasına qoyub
hördü vә ondan tәlәb etdi ki, and içsin ki, müharibәdәn sonra
bütün әşyaları geri qaytaracaq. Vinçenso da and içdi.
– Festanın әşyaları bizim üçün müqәddәsdir, – Konçetta
öz çıxışını dәbdәbәli ibarәylә bitirdi, sanki ilahi nemәtlәr
barәdә danışırdı, – ölәrәm, ancaq onlara barmağımın ucuyla
da toxun maram. Bu әşyalar artıq bir aydır oradadır, müharibә
qurtarana kimi dә orada qalacaq.
Onun bir sözünә dә inanmadım; indiyәcәn susub oturmuş
Vinçensonun sözlәri dә mәni qane etmәdi; o, çubuğu ağzından
çıxarıb boğuq sәslә dedi:
– Elәdir, bu әşyalar müqәddәsdir. İtalyan vә ya alman,
fәrqi yoxdur, bu әşyalara toxunmaq üçün gәrәk mәnim
meyitimin üstündәn keçsin.
Konçetta hәyәcandan parıldayan gözlәrini üzümә zillәmişdi,
sanki demәk istәyirdi: “Görürsәn? Buna nә sözün var? Mәgәr
biz dürüst adamlar deyilik?”
53