Page 58 - alberto moravia_Макет 1
P. 58

Alberto Moravia


            ordusu hücuma keçib, uzağı bir hәftәyә burada olacaq.
            Dediklәrinin çoxu yalan-palan idi, ancaq yalanı doğruya elә
            ustalıqla qarışdırıb danışırdı ki, adam onun bütün sözlәrinә
            inanmalı olurdu. Bombardmanlar vә pulemyot atәşi barәdә
            dediklәri doğruydu, ancaq kәndimizin bütün sakinlәrinin hәbs
            düşәrgәsinә aparılması ilә bağlı söylәdiklәri inandırıcı deyildi.
            Heç kimimiz yox idi, özümüz dә çox qorxmuşduq deyә
            ağlımıza da gәlmәdi ki, o, bizi evdә daha çox saxlamaq vә
            bizdәn faydalanmaq üçün yalan danışa bilәr. Doğrudan da,
            ağır vaxtlar idi, Rozarionun söylәdiklәrindә zәrrә qәdәr hәqiqәt
            payı vardısa, qızımla birgә yola çıxıb, başımıza bәla aça
            blmәzdim. Ona görә dә doğma kәndimizә getmәk fikrindәn
            daşındım vә müttәfiqlәrin Fondiyә gәlib çıxacağı günü gözlәmәyi
            qәrara aldım.
                Buna baxmayaraq, nәyin bahasına olursa-olsun, Konçettanın
            evini tәrk etmәliydik, çünki dediyim kimi, bu ev gözdәn-
            nәzәrdәn uzaq bir yerdә, portağal bağlarının arasında yerlәşirdi
            vә biz burada müdafiәsiz qalmışdıq; Konçettanın oğlanlarından
            qorxurdum. Dediyim kimi, ikisi dә azdanışan, adamayovuşmaz
            idilәr. Ancaq danışmağa başlayanda dәrhal nә yuvanın quşu
            olduqları üzә çıxırdı. Mәsәlәn, bir dәfә onlardan biri zarafatla
            bir әhvalat danışmağa başladı:
                – Bir dәfә bir alban kәndindә bizi atәşә tutdular, iki
            adamımız yaralandı. Әvәzindә bilirsәn neylәdik? Kişilәrin
            hamısı qaçıb aradan çıxmışdı deyә әn yaraşıqlı qadınlarını
            tutduq vә hamısını o söz… Bәzilәri könüllü razı oldular, bu
            fahişәlәr öz әrlәrinin papağını yerә soxmağa hazır idilәr. O
            birilәrini isә mәcbur etdik, o qәdәr kişi üzü gördülәr ki, ayaq
            üstә güclә dayanırdılar.
                Belә söhbәtlәrdәn dәhşәtә gәlirdim, Konçetta isә gülә-
            gülә deyirdi:
                – Afәrin, uşaqlar! Mәlum mәsәlәdir, oğlanlar qızlardan
            ötrü sinov gedir; әsl dәliqanlıdırlar.



              58
   53   54   55   56   57   58   59   60   61   62   63