Page 63 - alberto moravia_Макет 1
P. 63
Çoçara
Onda Meymun tüfәngini aşağı salıb, tәntәnәli sәslә bәyan
etdi:
– Bu dәfә sәni bağışlayıram, ancaq onu bil ki, ölümün bir
addımlığındaydın: milisә toxunan güllәlәnәcәk.
O vaxtlar bu ifadә Romanın vә Fondinin bütün divarlarına
yazılıb yapışdırılmışdı. Bu yaramaz faşist, sözsüz ki, hәmin
yazılardan xәbәrdar idi.
– Qızını Kokkurutsoya, bizim yanımıza göndәrәcәksәn, o,
bizә qulluq elәyәcәk, başa düşdün?
– Qızımı yuxuda görәrsәn, – dedim, – ağzına gәlәni
danışma.
Onda o, üzünü Konçettaya tutdu:
– Gәl belә danışaq, Konçetta: biz daha sәnin burada
gizlәnәn oğullarını axtarmayacağıq, yaxşı bilirsәn ki, onları
düzәmәlli axtarsaq, hәbsdәn qaça bilmәyәcәklәr. Әvәzindә
isә әmin qızını bizim yanımıza göndәrirsәn. Razılaşdıq?
Bu ağılsız tәkliflә dәrhal razılaşan yaramaz qadın vәcdlә
cavab verdi:
– Әlbәttә, әlbәttә, Rozetta günü sabah sizin yanınızda
olacaq. Onu özüm gәtirәcәyәm, әmin olun. Gәlib yemәyinizi
dә bişirәcәk, evinizi dә yığışdıracaq, nә istәsәniz, onu elәyәcәk.
Sabah sәhәr tezdәn onu özüm gәtirәcәyәm.
Dişim bağırsağımı kәssә dә, ehtiyatı әldәn vermәyib
susdum. Әclaf faşistlәr birazdan bir şüşә çaxır vә әncir qurusu
götürüb, gәldiklәri yolla geri qayıtdılar. Onlar gözdәn itәn
kimi Konçettaya dedim:
– Ağlını itirmisәn, nәdir? Qızımı öldürәrәm, ancaq faşistlәrә
qulluq elәmәyә göndәrmәrәm.
Sakit danışırdım, çünki elә bilirdim Konçetta faşistlәrә
söz qaytarıb, onları qәzәblәndirmәmәk üçün belә deyir, sadәcә
onları yola verir. Ancaq sәn demә, mәn fikirlәşdiyim kimi
deyilmiş.
– Qorxma, sәnin Rozettanı yemәzlәr. Faşistlәrin hәr şeyi
var, әzizim: çaxır, ağ un, paxla… Hәr gün ev makaronu, dana
әti yeyirlәr. Rozetta orada kraliça kimi yaşayacaq.
63