Page 64 - alberto moravia_Макет 1
P. 64

Alberto Moravia


                – Dәli olmusan? Nә danışırsan?
                – Müharibә gedir, belә vaxtlarda güclülәrlә ağızlaşmaq
            olmaz. Bu gün faşistlәr güclüdürsә, onlara qulluq elәmәliyik,
            sabah ingilislәr gәlsә, ingilislәrә.
                – Doğrudan, başa düşmürsәn ki, onların niyyәti başqadır?
            Görmәdin o әclaf Rozettanın sinәsinә necә baxırdı?
                – Nә olsun? Әvvәl-axır kimlәsә olmalıdır da. Onun da
            növbәsi çatacaq, kişilәrin isә hamısı birdir. Burada dәhşәtli
            heç nә yoxdur. Yenә deyirәm, müharibә gedir, belә vaxtlarda
            qadın çox xırdaçılıq etmәmәlidir. Bilirsәn nә var? Hürәn itdәn
            yox, qapan itdәn qorx. Bax belә, әzizim. Meymunu yaxşı
            tanıyıram, onu ilk növbәdә gödәni maraqlandırır.
                Gün kimi aydın idi ki, Konçetta Meymunun tәklifi ilә
            razılaşıb – Rozettanı onların yanına göndәrib, әvәzindә
            oğullarının tәhlükәsizliyini tәmin elәmәk istәyir. Әslindә,
            Konçetta özünә görә düz elәyirdi: Rozetta faşistlәrin yanına
            getsәydi, bu iki yaramazı – Konçettanın oğullarını heç kәs
            itirib-axtarmayacaqdı. O, mәnim qızımı öz oğullarının yolunda
            qurban vermәyә hazır idi; özüm dә anayam, başa düşürdüm
            ki, sabah-birigün faşistlәri çağırıb, qızımı onların әlinә verә
            bilәr. Odur ki, mubahisә etmәyin xeyri yox idi. Bircә yol
            qalırdı – buradan qaçıb qurtulmaq. Sakitcә, yumşaq sәslә dedim:
                – Yaxşı, fikirlәşәrәm. Düz deyirsәn, Rozetta onların yanında
            kraliça kimi yaşayacaq, amma yenә dә…
                – Fikir elәmә, әzizim. Güclülәrin yanında olmaq lazımdır.
            Müharibәdir dә, neylәyәsәn…
                – Bu gecә fikirlәşib qәrar verәrәm.
                – Fikirlәş, fikirlәş, tәlәsmәk lazım deyil. Bu faşistlәri
            tanıyıram, deyәrәm ki, Rozetta iki-üç günә gәlәcәk. Qoy
            gözlәsinlәr. Bundan sonra heç nәdәn korluq çәkmәyәcәksәn.
            Faşistlәrin hәr şeyi var: zeytun yağı, çaxır, donuz әti, un…
            Bütün günü yeyib-içirlәr. Görәrsәn, hәr şey yaxşı olacaq.
                – Әlbәttә, әlbәttә.
                – Bu faşistlәr bura vaxtında gәldi, Çezira, sözün doğrusu,
            artıq sizi evimdә saxlaya bilmәrәm. Düzdür, pulumu verirsәn,

              64
   59   60   61   62   63   64   65   66   67   68   69