Page 69 - alberto moravia_Макет 1
P. 69
Çoçara
III fәsil
Yarım saatdan sonra yolayrıcına çatdıq: sol tәrәfdә körpü,
arxasında isә kiçik ağ ev vardı. Bildiyim qәdәr, Tommazinonun
da evi bu tәrәflәrdә olmalıydı. Körpünün üstündәn baxıb
gördüm ki, çayın daşlı sahilindә bir qadın dizi üstә çöküb,
paltar yuyur.
– Tommazino burada yaşayır? – qadına sәslәnib, ucadan
soruşdum.
– Hә, ancaq evdә deyil. Sәhәr tezdәn Fondiyә getdi.
– Görәsәn, qayıdacaqmı?
– Hә, qayıdacaq.
Gözlәmәkdәn savayı, әlacımız yox idi, elә dә elәdik, kör-
pünün yanındakı daş skamyada oturub gözlәmәyә başladıq.
Bir müddәt belәcә, sәssiz oturduq, hava get-gedә isinir, günәş
şaxımağa başlayırdı. Nәhayәt, Rozetta soruşdu:
– Necә bilirsәn, Annina Pallinoya yaxşı baxacaq?
Fikrim o qәdәr dağınıq idi ki, әvvәlcә onun nәdәn danışdığını
anlamadım, sonra yadıma düşdü: Annina qonşu evin dalandarı,
Pallina isә Rozettanın pişiyidir. Qızım çox istәdiyi pişiyi
Anninanın yanında qoymuşdu. Onu sakitlәşdirdim, dedim ki,
narahat olmasın, Anninanın qardaşı qәssabdır, düzdür, ağır
zәmanәdir, ancaq onların evindә hәmişә әt olur; qayıdanda
görәcәk ki, pişiyi daha da yaxşılaşıb, kökәlib. Deyәsәn,
sözlәrim kar elәdi, gün işığından gözlәrini qıyan Rozetta heç
nә demәdi. Bu kiçik epizodu danışmaqla demәk istәyirәm ki,
on sәkkiz yaşının tamam olmasına baxmayaraq, Rozetta hәlә
uşaq idi: bilmirdik axşam harada gecәlәyәcәyik, nә yeyәcәyik,
irәlidә bizi nә gözlәyir, o isә öz pişiyinin hayında idi.
Nәhayәt, portağal yeyә-yeyә bizә tәrәf gәlәn bir kişi
gördük. Tüklü üzü, uzunsov sifәti, sivri burnu, domba gözlәri
vә yanpörtü yerişiylә gettodakı yәhudilәri xatırladan Tom-
mazinonu dәrhal tanıdım. O da mәni tanıdı, axı onun daimi
69