Page 72 - alberto moravia_Макет 1
P. 72

Alberto Moravia


            çox idi, bombardmanlar başlayandan sonra hamısını kirayә
            verdilәr. Onsuz da, bu gün qardaşımgilә getmәk istәyirdim,
            gәlin mәnimlә gedәk, orada bir şey fikirlәşәrik, ancaq pulunu
            qabaqcadan ödәsәn yaxşıdır. Әrzaq almaq üçün mәnә bir hәftә
            vaxt lazımdır, o vaxtacan qardaşım vә ya qaçqınlardan kimsә
            sәnә borc verәr, ya da yemәyi satın alarsan.
                Bunları tәcrübәli adam әdasıyla irad elәyәn Tommazino
            cibindәn cırıq-cındır, yağa bulaşmış qeyd kitabçası çıxardı,
            vәrәqlәyib bir tәmiz sәhifә tapdı, karandaşın ucunu tüpürcәklәyib,
            üzümә zillәndi:
                – Belә! Sәnә nә qәdәr un lazımdır?
                Siyahı tutduq: filan qәdәr buğda unu, filan qәdәr qarğıdalı
            unu, zeytun yağı, paxla, qoyun pendiri, әridilmiş piy, kolbasa,
            portağal…  Tommazino dediklәrimin hamısını dәftәrçәsinә
            yazıb otaqdan çıxdı vә tezliklә qayıdıb gәldi: әlindә çörәk vә
            kolbasa tutmuşdu.
                – Hәlәlik bunları gәtirdim…  Yemәyinizi yeyin, mәni
            burada gözlәyin… bir saatdan sonra yola düşәrik…  Yeri
            gәlmişkәn, bu çörәyin vә kolbasanın pulunu indidәn ver ki,
            sonra hesab qarışmasın.
                Cibimdәn min lirә çıxarıb, verdim. Әsginası işığa tutub
            yoxlayandan sonra pulun qalığını qaytardı. Qaytardığı pullar
            o qәdәr çirkli, cırıq-cındır idi ki, tәsvir elәmәyә söz tapmıram.
            Belә pulları ancaq kәnd yerlәrindә görmәk olar, mәlum
            mәsәlәdir, kәndlilәrin pulu azdır, banklara etibar elәmirlәr
            deyә onları hәmişә evdә saxlayırlar, heç vaxt da yenilәri ilә
            dәyişdirmirlәr. Xırda pulların bәzilәrini geri qaytardım, Tom-
            mazino onları dәyişdirib dedi:
                – Kaş mәnim bir araba belә çirkli pulum olaydı…
                Birazdan qayıdacağını deyib getdi, bizsә çörәklә kolbasa
            yedik vә kirimişcә çarpayıda oturub gözlәmәyә başladıq. Artıq
            rahat nәfәs ala bilәrdik, çünki tezliklә hәm qalmağa evimiz,
            hәm dә yemәyimiz olacaqdı. Birdәn özümü saxlaya bilmәyib
            ucadan dedim:

              72
   67   68   69   70   71   72   73   74   75   76   77