Page 74 - alberto moravia_Макет 1
P. 74

Alberto Moravia


            böyük çuxuru xatırladan vadinin yuxarı tәrәfindә, iki qaya
            parçasının arasında aşırım gözә dәyirdi. İnanın, heyvanların
            qurumuş ifrazatıyla, oyuqlarla, daş-kәsәklә örtülmüş bu doğma
            cığıra ayaq basan kimi sevincimdәn çırtıq çalıb oynamaq
            istәmişdim. Kәndli qızıyam, on altı yaşımacan bu cığırlarla
            gәzib-dolaşmışdım. Odur ki, getdiyimiz cığır mәnә tanış vә
            doğma gәlirdi. Ata-anamı tapmasam da, uşaqlığımın keçdiyi
            yerlәri görürdüm. O vaxtlar fikirlәşirdim ki, biz kәlәkbazların,
            oğruların, xәyanәtkar әliәyrilәrin әhatәsindә yaşayırıq, amma
            indi, eşşәk peyini ilә örtülmüş bu dağ cığırı ilә addımladıqca,
            qanad açıb uçmaq istәyirdim. Bu barәdә Tommazinoya heç nә
            demәdim. Әvvәla, ona görә ki, bu tamahkar, yәhudi sifәtli
            adam mәni başa düşmәyәcәkdi, ikincisi dә, dağlarda yaşamırdı.
            Kölgәsindә  Alp bәnövşәlәri çiçәklәyәn ağacların arasıyla
            addımlayarkәn Rozettaya dedim:
                – Hörüklәrinә bәnövşә tax, gözәl görünәcәk.
                Uşaqlıqda saçıma bәnövşә (nәdәnsә biz çoçaralar bu
            bәnövşәni “arsız gül” adlandırırdıq) düzdüyüm vaxtları
            xatırladım. Yadımdadır, bu çiçәklәrdәn dәstә düzәldib, qulağımın
            üst tәrәfindәn saçıma taxırdım, mәnә elә gәlirdi ki, belә
            elәyәndә çox yaraşıqlı oluram.
                Rozetta mәn dediyim kimi elәdi, biz nәfәs dәrmәk üçün
            dayananda iki dәstә çiçәk topladı: birini mәnә, birini dә özünә.
            Bu çiçәklәrlә saçımızı bәzәdik.  Tommazino tәәccüblә bizә
            baxırdı. Gülә-gülә dedim:
                – Tәzә evdә gözәl görünmәk istәyirik.
                O, heç gülümsәmәdi dә. Gözünü mәchul nöqtәyә zillәyib,
            bizim üçün almağa hazırlaşdığı әrzağın qiymәti haqqında
            düşünürdü.  Tommazino әsl alverçi idi, hәr şeydәn xeyir
            götürmәk istәyirdi.
                Cığırla dağa dırmaşırdıq, ancaq yorğunluq hiss etmirdim,
            çünki bu yoxuşlara uşaqlıqdan öyrәncәyliydim. Dağ adamları
            kimi tәlәsmәdәn, necә deyәrlәr, instinktiv olaraq rahat yeriyirdim.


              74
   69   70   71   72   73   74   75   76   77   78   79