Page 77 - alberto moravia_Макет 1
P. 77

Çoçara


             Paride başını aşağı salıb boynunun dalını qaşıdı vә dedi ki,
          evinin yanında daxmaya bәnzәr kiçik bir tikili var, ancaq ora
          toxuma dәzgahı qoyub; çox lazımdırsa, müvәqqәti olaraq,
          orada qala bilәrik.
             – Görürsәn? – Tommazino dedi, – yer tapıldı… sadәcә bir
          az fikirlәşmәk lazım idi… Paride, sәn işindә ol, sinyoraları
          arvadınla özüm tanış elәyәrәm.
             Onlar bir az da söhbәtlәşdilәr, sonra Paride kotanın yanına
          qayıtdı, bizsә cığırla yolumuza davam etdik. Çox getmәdik,
          tәxminәn on beş dәqiqәdәn sonra terras üzәrindә yarımdairә
          şәklindә tikilmiş üç kiçik ev gördük. Evlәrdәn әn böyüyü
          ikiotaqlı idi, arxa divarları dağın yamacına söykәnmişdi. Bu
          cür evlәri çox vaxt kәndlilәrin özü tikir, heç bәnnanın kömәyinә
          dә ehtiyac qalmır, özü dә burada yaşamırlar, yalnız yatmağa
          gәlirlәr – gündüzlәr kәndlilәr torpaq sahәlәrindә işlәyir,
          yağışdan isә komalarda gizlәnir, elә orada da dincәlirlәr. Koma
          qurmaq isә ev tikmәkdәn dә asandır: bircә gecәdә kәndlilәr
          daşdan divar hörür, üstünü külәşlә örtürdülәr. Burada belә ko-
          malar çox idi. Kәnardan baxanda bu evlәr vә komalar kiçik
          kәndi xatırladırdı. Bәzi komaların bacasından tüstü qalxırdı –
          deyәsәn, xörәk bişirirdilәr. Digәr komalardan samanlıq vә ya
          pәyә kimi istifadә olunurdu. Kiçik evlәrin arasındakı dar
          maçeralarda vurnuxan adamlar gözә dәyirdi.  Yaxınlaşanda
          gördük ki, açıq havada, maçeranın kәnarında böyük bir stol
          açılıb. Stolun üstünә süfrә salınmış, boşqablar vә stәkanlar
          düzülmüşdü, әtrafına isә stul әvәzinә kötüklәr qoyulmuşdu.
          Adamlardan biri  Tommazinonu görәn kimi onun qarşısına
          yüyürdü:
             – Vaxtında gәlmisәn, gәl bizimlә әylәş.
             Bu, Filippo idi, Tommazinonun qardaşı. Mәn bu vaxtacan
          bir-birinә bu qәdәr oxşamayan iki qardaş görmәmişdim: Tom-
          mazino dili qarnında, qaşqabaqlı, qaradinmәz, qapalı adam
          idi, hey dırnaqlarını gәmirir, yerә baxa-baxa yeriyirdi. İşi-


                                                              77
   72   73   74   75   76   77   78   79   80   81   82